Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-119/2023 09.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh "xxxx" QSC-nin xeyrinə MYB000098 saylı, 27 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 196 (bir yüz doxsan altı) manat borcun, 29 (iyirmi doqquz) manat, 40 (qırx) qəpik cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, fiziki şəxs «X2» ilə Cavabdeh arasında bağlanmış MYB000098 saylı 27 aprel 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 238 (iki yüz otuz səkkiz) manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə «X2» arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən «X2»-nin Cavabdeh qarşı olan 238 (iki yüz otuz səkkiz) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya bildiriş təqdim edilmişdir. "xxxx" MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 196 (bir yüz doxsan altı) manat borcun, 29 (iyirmi doqquz) manat, 40 (qırx) qəpik cərimə borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş «X2» ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, MYB000098 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən görünür ki, cavabdeh 238 (iki yüz otuz səkkiz) manat dəyərində nisyə aldığı malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 27 aprel 2022-ci il tarixli, MYB000098 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-nə olan 01 saylı əlavədən görünür ki, Cavabdeh 06 ay müddətinə, hər ay 39 (otuz doqquz) manat, 67 (altmış yeddi) qəpik ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə «X2» arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, R-1149/22 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan 07 iyun 2022-ci il tarixli, R-11xx/xx-0005 saylı sazışdən görünür ki, «X2»-nin Cavabdeh qarşı olan 238 (iki yüz otuz səkkiz) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş 09 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 aprel 2022-ci il tarixli, MYB000098 nömrəli “Nisyə alqı satqı müqaviləsi” üzrə 09 noyabr 2022-ci il tarixə "xxxx" QSC-nə 196 (bir yüz doxsan altı) manat əsas borcun, 29 (iyirmi doqquz) manat, 40 (qırx) qəpik cərimə, ümumilikdə 225 (iki yüz iyirmi beş) manat, 40 (qırx) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş 10 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 27 aprel 2022-ci il tarixli, MYB000098 nömrəli “Nisyə alqı satqı müqaviləsi”ndən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə borcunun olması barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, MYB000098 saylı 27 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 29 (iyirmi doqquz) manat, 40 (qırx) qəpik məbləğində dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MYB000098 saylı, 27 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 196 (bir yüz doxsan altı) manat borcun, 0.00 (sıfır) manat cərimə borcunun və ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu, cəmi 226 (iki yüz iyirmi altı) manat, 40 (qırx) qəpik pul tutulub iddiaçı "xxxx" QSC-nə ödənilsin. İddia cərimə ilə bağlı 29 (iyirmi doqquz) manat, 40 (qırx) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-119/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-119/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver