Məhkəmə qərarları › İş №2(018)-12/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-12/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-12/2023 22.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyannın tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyannın tələbi barədə” iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh maddi ziyana görə 1452 (bir min dörd yüz əlli iki) manat, 77 (yetmiş yeddi) qəpik pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, “Mersedes 230” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 03 noyabr 2011-ci il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu M.Qaşqay küçəsinin sağ tərəfində özünəməxsus olan “Mersedes 230” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb özü kənarda dayanmışdır. Həmin vaxtı Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu S.Zeynalov küçəsi ilə özünəməxsus “Mersedes 190” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu M.Qaşqay küçəsinə daxil olaraq həmin küçədə hərəkətdə olan, “Honda İnsght” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Honda İnsght” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə ona məxsus olan “Mersedes 230” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toxunmuşdur. Ona məxsus olan “Mersedes 230” minik markalı avtomobil isə qarşıda dayanmış “VAZ 21011” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan toxunmuşdur. “Honda İnsght” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmçinin yolun kənarında dayanmış “Hunday Sonata” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Mersedes 230” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil bir çox hissələri sıradan çıxmışdır. Ona görə də onun tərəfindən həmin hissələr alınaraq təmir ilə birlikdə onun 4450 manat xərci çıxmışdır. "xxxx" Sığorta Şirkəti tərəfindən isə ona dəyən ziyanın 2735 manat olması müəyyən edilmişdir. Həmin ziyanın 1282,23 manat hissəsi ona tamamilə ödənilmişdir. Beləliklə də ona dəyən ziyandan 1452 (bir min dörd yüz əlli iki) manat, 77 (yetmiş yeddi) qəpik hissəsi Cavabdeh tərəfindən ona ödənilməmişdir. Bakı şəhəri X2 Polisi Şöbəsinin 30 noyabr 2011-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati qaydada tənbeh edilmişdir. Cavabdeh ona dəymiş ziyanla bağlı heç bir maddi köməklik göstərməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçıya dəymiş ziyanın məbləği şişirdilmişdir. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş 15 noyabr 2021-ci il tarixli il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu S.Zeynalov küçəsi ilə özünəməxsus “Mersedes 190” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu M.Qaşqay küçəsinə daxil olaraq həmin küçədə hərəkətdə olan, “Honda İnsght” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Honda İnsght” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “Mersedes 230” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toxunmuşdur. “Mersedes 230” minik markalı avtomobil isə qarşıda dayanmış “VAZ 21011” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan toxunmuşdur. “Honda İnsght” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmçinin yolun kənarında dayanmış “Hunday Sonata” minik markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" Sığorta Şirkəti tərəfindən tərtib edilmişPXA98505 saylı Sığorta Aktından məlum olur ki, “Mersedes 230” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın 2735 manat olması müəyyən edilmişdir. Həmin ziyanın 1282,23 manat hissəsi İddiaçı ödənilmişdir. Mülki işə əlavə edilmiş X1 Haqqında TP ******* saylı Qərardan məlum olur ki, Cavabdeh 03 noyabr 2011-ci il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu M.Qaşqay küçəsində idarə etdiyi özünəməxsus “Mersedes 190” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxarkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işinin materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2022ci il tarixli, 9/6691 saylı rəyində qeyd olunur ki, “AutoBox” servisin 05 noyabr 2021-ci il tarixli qusur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, “Mersedes 230” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın 2270 manat olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı İddiaçı avtomobilinə 2270 manat ziyan dəymişdir. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-1-ci və nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı 1282,23 manat sığorta ödənişi edilmişdir. Bu səbəbdəndə də İddiaçı edilmiş 1282,23 manat sığorta ödənişi ona dəyən ziyandan şıxılmalıdır. Həmçinin iş materiallarından görünür ki, iddianı avtomobilin mülkiyyətçisi, yəni İddiaçı tərəfindən qaldırmışdır. Ona görə də, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35 (otuz beş) manat məbləğində olan dövlət rüsumu 25 (iyirmi beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh 987 (doqquz yüz səksən yeddi) manat, 23 (iyirmi üç) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş 35 (otuz beş) manat məbləğində olan dövlət rüsumuna görə 25 (iyirmi beş) manat məbləğində Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbinin 465 (dörd yüz altmış beş) manat, 54 (əlli dörd) qəpik hissəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar