Məhkəmə qərarları › İş №2(018)-122/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-122/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-122/2023 10.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İsmayıl İsmayılbəyli Cavabdeh qarşı «borc tələbinə dair» iddia qaldıraraq:

1. 16 sentyabr 2022-ci il tarixinə yaranmış 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 116 (bir yüz on altı) manat, 40 (qırx) qəpik əsas, 17 (on yeddi) manat, 40 (qırx) qəpik cərimə borcu, cəmi 133 (bir yüz otuz üç) manat, 80 (səksən) qəpik;

2. 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 433 (dörd yüz otuz üç) manat, 70 (yetmiş) qəpik əsas, 65 (altmış beş) manat cərimə, cəmi 498 (dörd yüz doxsan səkkiz) manat, 70 (yetmiş) qəpik;

3. 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 211 (iki yüz on bir) manat, 90 (doxsan) qəpik əsas, 31 (otuz bir) manat, 70 (yetmiş) qəpik cərimə, cəmi 243 (iki yüz qırx üç) manat, 60 (altmış) qəpik, üç müqavilə üzrə 762 (yeddi yüz altmış iki) manat əsas, 114 (bir yüz on dörd) manat, 10 (on) qəpik cərimə, cəmi 876 (səkkiz yüz yetmiş altı) manat, 10 (on) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Xiaomi» markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla, cəmi 536 (beş yüz otuz altı) manat, 40 (qırx) qəpik, 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “İndesit” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 41 manat olmaqla, cəmi 722 (yeddi yüz iyirmi iki) manat, 70 (yetmiş) qəpik və 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Xiaomi» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla, cəmi 319 (üç yüz on doqquz) manat, 99 (doxsan doqquz) qəpik, ümumilikdə üç müqavilə üzrə 1579 (bir min beş yüz yetmiş doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29 iyul 2022-ci il tarixində 30 (otuz) manat, 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29 iyul 2022-ci il tarixində 43 (qırx üç) manat və 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29 iyul 2022-ci il tarixində 27 (iyirmi yeddi) manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 762 (yeddi yüz altmış iki) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin üç müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1141 (bir min bir yüz qırx bir) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90% iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%, yəni 114 (bir yüz on dörd) manat, 10 (on) qəpik "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 16 sentyabr 2022-ci il tarixədək "xxxx" MMC-nə 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 116 (bir yüz on altı) manat, 40 (qırx) qəpik əsas, 17 (on yeddi) manat, 40 (qırx) qəpik cərimə borcu, cəmi 133 (bir yüz otuz üç) manat, 80 (səksən) qəpik borcun, 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 433 (dörd yüz otuz üç) manat, 70 (yetmiş) qəpik əsas, 65 (altmış beş) manat cərimə, cəmi 498 (dörd yüz doxsan səkkiz) manat, 70 (yetmiş) qəpik və 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 211 (iki yüz on bir) manat, 90 (doxsan) qəpik əsas, 31 (otuz bir) manat, 70 (yetmiş) qəpik cərimə, cəmi 243 (iki yüz qırx üç) manat, 60 (altmış) qəpik, üç müqavilə üzrə 762 (yeddi yüz altmış iki) manat əsas, 114 (bir yüz on dörd) manat, 10 (on) qəpik cərimə, cəmi 876 (səkkiz yüz yetmiş altı) manat, 10 (on) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı «Xiaomi» markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 30 manat ödəmək şərtilə, cəmi 536 (beş yüz otuz altı) manat, 40 (qırx) qəpik ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “İndesit” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 41 manat ödəmək şərtilə, cəmi 722 (yeddi yüz iyirmi iki) manat, 70 (yetmiş) qəpik ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Xiaomi» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 27 manat ödəmək şərtilə, cəmi 319 (üç yüz on doqquz) manat, 99 (doxsan doqquz) qəpik ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 16 sentyabr 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx" MMC-ə 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 sentyabr 2022-ci il tarixinə 116 (bir yüz on altı) manat, 40 (qırx) qəpik əsas, 174 (bir yüz yetmiş dörd) manat cərimə borcu, 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 433 (dörd yüz otuz üç) manat, 70 (yetmiş) qəpik əsas, 650 (altı yüz əlli) manat cərimə və 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 211 (iki yüz on bir) manat, 90 (doxsan) qəpik əsas, 317 (üç yüz on yeddi) manat cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən üç müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 17 (on yeddi) manat, 40 (qırx) qəpik cərimə borcu azaldılaraq 02 (iki) manat həddində, 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 65 (altmış beş) manat cərimə borcu azaldılaraq 05 (beş) manat həddində və 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 31 (otuz bir) manat, 70 (yetmiş) qəpik cərimə borcu azaldılaraq 02 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 dekabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 116 (bir yüz on altı) manat, 40 (qırx) qəpik əsas, 02 (iki) manat cərimə borcu, 22 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 433 (dörd yüz otuz üç) manat, 70 (yetmiş) qəpik əsas, 05 (beş) manat cərimə və 21 oktyabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 211 (iki yüz on bir) manat, 90 (doxsan) qəpik əsas, 02 (iki) manat cərimə, cəmi 771 (yeddi yüz yetmiş bir) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 20 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 15 (on beş) manat, 40 (qırx) qəpik hissəsində, 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 60 (altmış) manat hissəsində və 21 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 29 (iyirmi doqquz) manat, 70 (yetmiş) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar