Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-123/2023 09.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbijan” MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Ramil Heydərov cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» iddia verərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3471 (üç min dörd yüz yetmiş bir) manat, faiz borcuna görə 857 (səkkiz yüz əlli yeddi) manat, 37 (otuz yeddi) qəpik, cərimə borcuna görə 35 (otuz beş) manat, 01 (bir) qəpik, cəmi 4363 (dörd min üç yüz altmış üç) manat, 38 (otuz səkkiz) qəpik məbləğində borcun və 63 (altmış üç) manat, 64 (altmış dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, **********0494 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla, 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 16 noyabr 2022-ci il tarixində olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3471 (üç min dörd yüz yetmiş bir) manat, faiz borcuna görə 857 (səkkiz yüz əlli yeddi) manat, 37 (otuz yeddi) qəpik, cərimə borcuna görə 35 (otuz beş) manat, 01 (bir) qəpik, cəmi 4363 (dörd min üç yüz altmış üç) manat, 38 (otuz səkkiz) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 63 (altmış üç) manat, 64 (altmış dörd) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 26 noyabr 2021-ci il tarixli, **********0494 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən borclu Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla, 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 26 noyabr 2021-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, 26 noyabr 2021-ci il tarixli, **********0494 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 borclunun öhdəlikləri hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borcla hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 16 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3471 (üç min dörd yüz yetmiş bir) manat əsas borc, 857 (səkkiz yüz əlli yeddi) manat, 37 (otuz yeddi) qəpik faiz borcu və 35 (otuz beş) manat, 01 (bir) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 4363 (dörd min üç yüz altmış üç) manat, 38 (otuz səkkiz) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 26 noyabr 2021-ci il tarixli, **********0494 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 35 (otuz beş) manat, 01 (bir) qəpik məbləğində dəbbə pulu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 63 (altmış üç) manat, 64 (altmış dörd) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3471 (üç min dörd yüz yetmiş bir) manat əsas borc, 857 (səkkiz yüz əlli yeddi) manat, 37 (otuz yeddi) qəpik faiz borcu, 05 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4333 (dörd min üç yüz otuz üç) manat, 37 (otuz yeddi) qəpik və 63 (altmış üç) manat, 64 (altmış dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı-nın xeyrinə ödənilsin. İddia cərimə borcunun ödənilməsinə görə 30 (otuz) manat, 01 (bir) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-123/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-123/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver