Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-123/2025 07.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(018)- 213/2021 saylı qətnaməsilə müəyyən edilmiş aliment miqdarının artırılması, Cavabdeh birgə nikahlarından doğulmuş 20 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment, ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 213/2021 saylı qətnaməsilə birgə nikahdan doğulmuş 20 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 dekabr 2020-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləği aliment qət edilmişdir. Astara rayon Məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra ailədə dəyişiklik olmuş, uşaq böyümüş tələbatı artmışdır. Həmçinin ərzaq və geyim əşyalarının qiymətləri dəfələrlə artmışdır. Hazır ki, bu durumda uşağın tələbatını aylıq müəyyən edilmiş 120 manatla təmin etmək mümkün deyildir. Odur ki, alimentin miqdarının artırılması zəruriyyəti yaranmışdır. Cavabdeh qazancı kifayət qədər olmasına baxmayaraq könüllü olaraq uşğanın saxlanılması üçün əlavə vəsait ödəmir. Mediasiyanın tətbiqi ilə əlaqədar aidiyyəti üzrə 1 saylı Mediasiya Şurasına müraciət etmişdir. Mediasiyanın tətbiqi barədə təklif cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İlkin mediasiya sesiyası xx.xx.2024-cü il tarixdə saat 10:30da keçirilmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Mediasiya xərci olaraq 55 manat ödəmişdir. Astara rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(018)- 213/2021 saylı qətnaməsilə müəyyən edilmiş alimentin miqdarı artırılmasını, Cavabdeh birgə nikahdan doğulmuş 20 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment, ödənilmiş 55 manat mediasiya xərcinin və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 213/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı "aliment tələbi barədə” iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasındakı birgə nikahdan doğulmuş 20 aprel 2015-ci il təvəllüdlü X2 adında uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 04 dekabr 2020-ci il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməsi, Cavabdeh ödənilməmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli MŞL-01096 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA2141332 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2015-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara RİHB-nın Təngərüd kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 633 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonu Təngərüd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzilərinin surətlərindən görünür ki, İddiaçı medasiya xərci üçün 55 (əlli beş) manat və dövlət rüsumu üçün 20 (iyirmi) manat ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2025ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-213/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, həmçinin Cavabdeh medasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-213/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh medasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-123/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-123/2025
07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver