Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1254/2023 26.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı və Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Astara Rayon Məhləməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 manat aliment məbləğinin artırılaraq, 220 manat müəyyən edilməsi və mediasiya xərci olaraq ödənilmiş 55 manat məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, onunla cavabdehin arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah Astara rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Astara rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Həmin qətnamə ilə azyaşlı uşağının saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, o, daha sonra ərizə ilə alimentin tutulması üçün Astara rayon məhkəməsinə müraciət etmişdir. Astara rayon məhkəməsinin 2(018)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı cuzi şəkildə artırılaraq, 130 manat olmaqla sabit pul məblağində müəyyən edilmişdir. O, azyaşlı uşağa baxdığına görə övladının saxlanmasında çətinlik çəkdiyini bildirmişdir. Cavabdehin uşaqların saxlanması üçün ödədiyi aliment məbləği heç bir xərci tam ödəmir. Hər bir uşağın gündəlik tələbatı, sağlamlığı və ümümiyyətlə cəmiyyətə layiqli bir nsan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Məhkəmənin təyin etdiyi aliment məbləği uşağın bugünki tələbatına uyğun deyildir. Cavabdehin maddi imkanı yaxşıdır və ata kimi uşaqlarının saxlanması onun vəzifəsidir. Bildirmişdir ki, o, işsizdir və işsiz kimi qeydiyyatdadır. Həmçinin anasının yardımı ilə kirayədə yaşayır. Bundan əlavə qeyd etmişdir ki, o, heç yerdə işləmir, hazırda hər hansı əmlakı və qalmağa yeri belə olmadığını, anasının yardım ilə kirayə tutub qaldığını bu onu və övladını əlverişsiz vəziyyətə salmışdır. O, qız övladını təkbaşına böyütdüyünü, tənha ana olduğunu, gəliri olmadığını, qarşı tərəf isə bir kişi olaraq övladlaına minimum qaydada baxmalı olduğunu bildirmişdir. Məhkəmə aliment təyin edərkən bu halı nəzərə almaqı xahiş etmişdir. Həmçinin qarşı tərəfin isə rəsmi və qeyri rəsmi xeyli gəliri vardır. Lakin sübut etmək üçün məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Cavabdeh həm dövlət işində çalışır, həmçinin sürücülüklə məsğul olur və övladlarının saxlanmasında iştirak etmək onun insanlıq borcudur. Odur ki, Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Astara Rayon Məhləməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 manat aliment məbləğinin artırılaraq, 220 manat müəyyən edilməsi və mediasiya xərci olaraq ödənilmiş 55 manat məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, iddianı qismən 150 manat məbləğdə qəbul edir. Əlavə olaraq bildirdi ki, ikinci ailə qurub və həyat yoldaşı hamilədir. Göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 2(018)-582/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş 26 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 14 may 2019cu il tarixli, 2(018)-505/2019 nömrəli qətnaməsi əsasında tutulan 100 (bir yüz) manat məbləğində alimentin məbləği artırılaraq hər ay 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1993-cü il tarixdə Astara şəhərində anadan olub. İş materiallarında olan Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara şəhəri, H.Aslanov küçəsi, 6 nömrəli evdə yaşayır. İş materiallarında olan “Nikah pozulması haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahın pozulması haqqında akt qeydləri kitabında 27 avqust 2019-cu il tarixdə 90 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-582/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-582/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1254/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1254/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver