Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1302/2023 19.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2 oğlunun, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «Vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «Vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh zədələnmiş elektron vasitəsinin dəyərini təşkil edən 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq X1 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı böyük icra məmuru (probasiya üzrə) X4 iddia tələbini müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh Astara Rayon Məhkəməsinin 1(018)-210/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il, 05 (beş) ay, 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən Cavabdeh üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri S.Vurğun küçəsin 1 nömrəli evin, 31 nömrəli ünvanında yerləşən mənzili günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Astara Rayon Məhkəməsinin 1(018)-210/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmü icra edilməsi üçün Astara Rayon İcra Şöbəsindən göndərilmiş və 13 yanvar 2022-ci il il tarixdə Astara Rayon İcra Şöbəsinə daxil olmuş, şəxsi iş açılmışdır. 15 fevral 2022-ci il tarixdə Astara Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilərək ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun elektrik adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabelini, bir ədəd enerji bankını, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası təhvil verilmiş, 3 ədəd siqnal ötürücü onun yaşadığı ünvana quraşdırılmışdır. Məhkum Cavabdeh 01 ədəd mobil qurğu, 01 ədəd elektron qolbağ və 1 ədəd mobil qurğu üçün enerji adapteri təhvil verilmişdir. Həmin avadanlıqların istifadə qaydaları Cavabdeh izah edilmiş, onun məsuliyyəti elan edilmişdir. 07 iyun 2023-cü il tarixdə Cavabdeh cəzaların icrası zamanı yoxlanması zamanı onun ENV-sinin mobil qurğusunun zədələnməsi müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş mobil qurğunun ekranı dəyişdirilmişdir. Müvafiq rəy ilə ilə məlum olmuşdur ki, mobil qurğunun elektron qolbağı zərbə nəticəsində zədələnmiş, yararsızdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə İdarəsinin maliyyə arayışına görə isə mobil qurğunun, elektron nəzarət vasitəsinin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə onun dəyəri həmin şəxsdən tutulur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, ona təhkim edilmiş mobil qurğunun, elektron nəzarət vasitəsini səhlənkəralıq edərək suya salmasına görə ona ziyan dəymişdir. Məhkəmə İddiaçı böyük icra məmuru (probasiya üzrə) X3, Cavabdeh izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 1(018)-210/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmündən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il, 05 (beş) ay, 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş elektron nəzarət dəstinin vəziyyəti haqqında 07 iyun 2023-cü il tarixli protokoldan məlum olur ki, Cavabdeh daşıdığı mobil qurğunun zərbə nəticəsində zədələnmiş, yararsız hala düşmüşdür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə İdarəsinin maliyyə arayışından məlum olur ki, mobil qurğunun elektron qolbağının dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik təşkil edir. Beləliklə, məhkəmə baxışı iclasında müəyyən olundu ki, Cavabdeh Astara Rayon Məhkəməsinin 1(018)-210/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il, 05 (beş) ay, 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh ona təhkim edilmiş mobil qurğunun elektron qolbağını zədələnmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «Vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddiası təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq X1 M/H: AZ41NABZ**********0000003944, VÖEN: **********, KOD:210005, SWİFT:CTREAZ22 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1302/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1302/2023
19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver