Məhkəmə qərarları › İş №2(018)-131/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-131/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-131/2025 28.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X2 dinləyib, iş materialında olan sənədləri tədqiq edərək, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli plenum qərarının 8.4-3-cü bəndinə görə Ailə Məcəlləsinin112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münsibətdə müəəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsəsdır.Əgər iddiamünimuməmək haqqı məbləğinin artımına əsəslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-nin 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 262.0.1-ci maddəsinə əsasənmülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair 2(018)-209/2024 saylı mülki işin icraatına xitam verilməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsi ilə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilməsi izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 262.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair2(018)-131/2024 saylı mülki işin icraatına xitam verilsin. İddiaçı Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsi ilə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilməsi izah olunsun. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar