Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1332/2023 27.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, cavabdeh Z.Bünyadov adına ünvan 2əbinin nümayəndəsi və vəkili Qanuni nümayəndə, Z.Bünyadov adına ünvan 2əbinin drektoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Z.Bünyadov adına ünvan 2əbinə qarşı «23 iyun 2023-ci il tarixli, 115 saylı əmrin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Z.Bünyadov adına ünvan 2əbinə qarşı «23 iyun 2023-ci il tarixli, 115 saylı əmrin ləğv edilməsi tələbinə dair» məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Z.Bünyadov adına ünvan 2əbin direktoru Nümayəndə tərəfindən ona töhmət verilməsi barədə olan 23 iyun 2023-ci il tarixli, 115 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib verdiyi izahatında göstərdi ki, o, uzun müddətdir ki, Z.Bünyadov adına ünvan 2əbində tarix müəllimi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, əmək intizamına riayət etmiş, əmək fəaliyyətində nöqsana yol verməmişdir. O, 01 noyabr 2018-ci ildən 27 yanvar 2020-ci il tarixədək Z.Bünyadov adına ünvan 2əbində direktor əvəzi vəzifəsini icra etmişdir. O, qanunsuz olaraq həmin vəzifədən azad edilməsinə görə Z.Bünyadov adına ünvan 2əbinə və Astara rayon Təhsil şöbəsinə qarşı işə bərpa olunması və məcburi iş buraxma ilə əlaqədar iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Buna görə də Z.Bünyadov adına ünvan 2əbinin drektoru Nümayəndə onunla şəxsi prinsip apararaq, “Watsaap” sosial şəbəkəsində olan yazışmamı qeyri-qanuni götürərək, pedoqoji şurada müzakirə etmiş, bununla əlaqədar olaraq ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət elan etmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, həmin əmrdə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin hansı bəndini pozması qeyd edilməmişdir. Həmçinin o, həmişə əmək funksiyalarını tam yerinə yetirmişdir. Onu Azərbaycan Respublikası Prezdent Aparatının məsul şəxsi ilə videogörüntü vasitəsi ilə danışması üçün 01 iyun 2023-cü il tarixdə Astara rayon İcra hakimiyyətinə çağırmışlar. O, məktəbin rəhbərliyi ilə əlaqə saxlaya bilməməsinə görə məktəbin gözətçisinə bu barədə bildirib, rəhbərliyə məlumat verməsini xahiş etmiş və Astara rayon İcra hakimiyyətinin binasına getmişdir. Həmçinin 23 iyun 2023-ci il tarixli, 115 saylı əmrin surəti ona gec verilmiş və qanunverciliyin tələbinə uyğun olaraq mediasiya orqanın müraciət etmiş və mediasiya sessiyasının iclasının keçirilməsi 11 avqust 2023-cü il tarixə təyin edilmiş və həmin iclasın arayışın aldıqdan sonra o, vaxt buraxmadan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Z.Bünyadov adına ünvan 2əbinin drektoru Nümayəndə iddia tələbini qəbul etmədi və göstərdi ki, İddiaçı Z.Bünyadov adına ünvan 2əbində tarix müəllimi vəzifəsində işləyir. İddiaçı öz mobil telefonun “Watsaap” sosial şəbəkəsinin status bölməsində məktəb rəhbərliyinin və bir qrup müəllimlərin şərəf və ləyaqətini ləkəlkəyən, təhqir edən, təhsil müəsissəsinin işgüzar nüfuzuna xələl gətirən paylaşmalar etmişdir. Bundan başqa o, 01 iyun 2023-cü il tarixdə 2-ci dərsin başlanğıcında məktəbin 5 ”a” sinfndə dərsi buraxıb getmiş, 4 saat sonra isə qayıtmışdır. Bundan başqa o, 17 iyun 2023-cü il tarixdə məktəbin Pedoji Şurasının iclası zamanı “X1 Qaydalarının” 2.14-cü və 2.1.5-ci bəndlərinin tələblərini kobud surətdə pozmaqla, ona qarşı “tərbiyyəsiz, səviyyəsiz, səni bütün respublikada biabır edəcəm” sözlərini demişdir. Bununla əlaqədar olaraq Z.Bünyadov adına ünvan 2əbinin Pedoqoji Şurasının 19 iyun 2023-cü il tarixdə növbədənkənar iclası keçirilmiş İddiaçı “X1 Qaydalarının” pozan davranışları müzakirə edilmiş və ona İddiaçı “X1 Qaydalarının” 2.14-cü və 2.1.5-ci bəndlərinin tələblərini kobud surətdə pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət elan edilməsi həvalə edilmişdir. Ona görə də onun 23 iyun 2023-ci il tarixli, 115 saylı əmri ilə İddiaçın “töhmət” vermişdir. Hesab edir ki, 23 iyun 2023-ci il tarixli, 115 saylı əmr qanunidir və iddia rədd edilməlidir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Z.Bünyadov adına ünvan 2əbinin nümayəndəsi və vəkili Qanuni nümayəndə da əsasən Nümayəndə ilə eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etməklə, İddiaçı iddia əizəsi vermək üçün müəyyən edilmiş iddia müddətini buraxmasını göstərib, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə anadan olmuşdur və ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Z.Bünyadov adına ünvan 2əbində tərtib edilmiş 01 iyun 2023-cü il tarixli təqdimatdan və aktlardan məlum olur ki, tarix müəllimi İddiaçı 01 iyun 2023-cü il tarixdə 2-ci dərsin başlanğıcında məktəbin 5 ”a” sinfndə dərsi buraxıb getmiş, məktəbi özbaşına tərk etmiş və bu barədə izahat yazmaqdan imtina etmişdir. Mülki işə əlavə edilmiş Z.Bünyadov adına ünvan 2əbində tərtib edilmiş 17 iyun 2023-cü il tarixli aktdan məlum olur ki, tarix müəllimi İddiaçı məktəbin Pedoji Şurasının iclası zamanı “X1 Qaydalarının” 2.1.4-cü və 2.1.5-ci bəndlərinin tələblərini kobud surətdə pozmaqla, ona qarşı “tərbiyyəsiz, səviyyəsiz, səni bütün respublikada biabır edəcəm” sözlərini demişdir. Mülki işə əlavə edilmiş Z.Bünyadov adına ünvan 2əbində tərtib edilmiş 19 iyun 2023-cü il tarixli aktdan məlum olur ki, tarix müəllimi İddiaçı 19 iyun 2023-cü il tarixdə saat 09:00 radələrində məktəbdə davamiyyət jurnalına imza ataraq, məktəb binasını tərk etmişdir. Mülki işə əlavə edilmiş Z.Bünyadov adına ünvan 2əbində tərtib edilmiş 22 iyun 2023-cü il tarixli aktdan məlum olur ki, tarix müəllimi İddiaçı X1 Qaydalarının” 2.1.5-ci maddəsinin tələblərini pozmasına görə ondan izahat yazması tələb edilsə də o, izahat verməkdən imtina etmişdir. Mülki işə əlavə edilmiş Z.Bünyadov adına ünvan 2əbin Pedoqoji Şurasının 19 iyun 2023-cü il tarixdə növbədənkənar iclasından olan çıxarışdan məlum olur ki, tarix müəllimi İddiaçı “X1 Qaydalarının” 2.1.4-cü və 2.1.5-ci bəndlərinin tələblərini kobud surətdə pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət elan edilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş Z.Bünyadov adına ünvan 2əbin drektorunun 23 iyun 2023-ci il tarixli, 115 saylı əmrindən məlum olur ki, tarix müəllimi İddiaçı öz mobil telefonun “Watsaap” sosial şəbəkəsinin status bölməsində məktəb rəhbərliyinin və bir qrup müəllimlərin şərəf və ləyaqətini ləkəlkəyən, təhqir edən, təhsil müəsissəsinin işgüzar nüfuzuna xələl gətirən paylaşmalar etməsinə, 17 iyun 2023-cü il tarixdə məktəbin Pedoji Şurasının iclası zamanı “X1 Qaydalarının” 2.1.4-cü və 2.1.5-ci bəndlərinin tələblərini kobud surətdə pozmaqla, kollektivin narahatçılığına səbəb olmasına görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət elan edilmişdir. Mülki işə əlavə edilmiş “ilkin mediasiya sessiyasında sonra prossesin davam etdirilə bilməməsi barədə” ayarışdan görünür ki, 11 avqust 2023-cü il tarixində saat 15:00-də təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər mediasiya prosessini davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı tərəfindən 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci fərdi ödəmişdir. Tərəflərə 07 avqust 2023-cü il tarixdə müvafiq bildirişlər göndərilmişdir. Beləliklə məhkəmə iclsasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı öz mobil telefonun “Watsaap” sosial şəbəkəsinin status bölməsində məktəb rəhbərliyinin və bir qrup müəllimləri barəsində məlumatlar yazmışdır. Həmin məlumatlar məktəbin rəhbərliyi tərəfindən şərəf və ləyaqətini ləkəlkəyən, təhqir edən, təhsil müəsissəsinin işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilmişdir. Həmçinin 17 iyun 2023-cü il tarixdə məktəbin Pedoji Şurasının iclası zamanı İddiaçı məktəb drektoruna qarşı “tərbiyyəsiz, səviyyəsiz, səni bütün respublikada biabır edəcəm” sözlərini deməsi “X1 Qaydalarının” 2.1.4-cü və 2.1.5-ci bəndlərinin tələblərini kobud surətdə pozulması kimi qiymətləndirilmişdir. Buna görə də ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddiaçıya töhmət elan edilməsinə əsas olmamalıdır. Belə ki, İddiaçı töhmət elan edilməsi onun əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, 11 avqust 2023-cü il tarixində saat 15:00-də təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər mediasiya prosessini davam etdirilməsinə razılıq verməmələrinə görə İddiaçı 10 sentyabr 2023-cü il tarixdə müraciət etməklə müəyyən edilmiş müddəti də buraxmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət intizam tənbehi verə bilər. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, c) əməyin təhlükəsizliyi normalarına əməl etmək, ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “X1 Qaydalarının” 2.1.4-cü bəndinə əsasən loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. “X1 Qaydalarının” 2.1.5-ci bəndinə əsasən mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından suiistifadə etməsi və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi səbəbi ilə deyil, “Watsaap” sosial şəbəkəsinin status bölməsində məlumat paylaşması və məktəb drektoru barəsində xoşagəlməz sözlər deməsinə görə intizam məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, onun barəsində tətbiq edilmiş intizam məsuliyyəti onun əmək funksiyası ilə əlaqədar olmamışdır. Onun ayrı-ayrı vaxtlarda əmək intizamını pozmaqla məktəbi qanunsuz tərk etməsi sənədləşdirilmiş olsa da, bu 23 iyun 2023-ci il tarixli, 115 saylı əmrdə əks edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olmasına görə təmin edilməli, 23 iyun 2023-ci il tarixli, 115 saylı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmamasına görə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Z.Bünyadov adına ünvan 2əbinə qarşı «23 iyun 2023-ci il tarixli, 115 saylı əmrin ləğv edilməsi tələbinə dair» iddiası təmin edilsin. Cavabdeh Z.Bünyadov adına ünvan 2əbinin drektoru Nümayəndə tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilməsi barədə olan 23 iyun 2023-ci il tarixli, 115 saylı əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1332/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1332/2023
27.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver