Məhkəmə qərarları › İş №2(018)-1345/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1345/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1345/2023 12.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 21 avqust 2015-ci il təvəllüdlü X4 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmalardan ötrü xeyrinə hər ay 500 manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək,iddiasının təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon məhkəməsinin 28 iyun 2022-ci il tarixli (hakim M.Məmmədov) qətnaməsinə əsasən birgə nikahdan olan 21 avqust 2015-ci il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 mənim yanımda saxlanılmış, eyni zamanda cavabdehdən birgə nigahdan olan uşaqlarım yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay, 260 (iki yüz altmış) manat aliment alınıb mənə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarılan vaxtdan keçən müddət ərzində uşaq indi böyüyüb, xərclər də artıb. O, vaxtdan iqtisadi şərait dəyişdikcə insanların o, cümlədən, uşağın yaşayış minimumu da dəyişib. Məhkəmə alimentin məbləğini qanuna uyğun müəyyən edərək uşaqların yaşaması üçün minimum sosial ehtiyacların ödənilməsini təmin etməlidir. Bu isə öz növbəsində uşaqların yüksək mənəvi- əxlaqi mühitdə, milli dəyərlər əsasmda kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsinə rəvac verir. Uşaqların layiqli, fiqəvan yaşayış səviyyəsinin, təlim tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyydə təşkili onlarm yüksək sosial-mənəvi mühit də bölməsinin təminatıdır. Cavabdeh birgə nikahdan 21 avqust 2015-ci il təvəllüdlü X4 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmalardan ötrü xeyrimə hər ay 500 manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, heç bir yerdə işləmir, qazancı yosdur.Ona məxsus evdən iddiaçı onu çıxarıb.Ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(018)- 656/2022 nömrəli qətnaməsinə əsasən birgə nikahdan olan 21 avqust 2015-ci il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2(018)-441/2019 nömrəli qətnaməsi ilə qət edilmiş hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğindəki alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış manat) məbləğində müəyyəen edilmiş və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AA ******* şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Astara rayonunda anadan olmuşdur. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 21 avqust 2015-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 14 yanvar 2011-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, MŞL-02155 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı”na əsasən İddiaçı təyin olunmuş mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbəsi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, arayışdan görünür ki, İddiaçı Astara rayonu, Şəmətük kəndində yaşayır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, Astara Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(018)-656/2022 nömrəli qətnaməsinə əsasən birgə nikahdan olan 21 avqust 2015-ci il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2(018)-441/2019 nömrəli qətnaməsi ilə qət edilmiş hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğindəki alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış manat) məbləğində müəyyəen edilmiş və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-656/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-656/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar