Məhkəmə qərarları › İş №2(018)-1346/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1346/2023

27.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1346/2023 27.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat əsas borc və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunu alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkımədə İddiaçı iddiasını müdafiə edərək, teleqram və elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla həmkəndlidir, bir-birilərini tanıyırlar və münasibətləri olmuşdur. Cavabdehin anası xəstə olduğundan ona müraciət edib xahiş etdi ki, anasının müalicəsi üçün ona 5000 ( beş min) manat borc olaraq pul versin. O, həmçinin vəd verdi ki, borcunu 30 iyul 2023-cü i tarixə kimi qaytaracaqdır. Cavabdeh vəziyyətini nəzərə alıb, həmdə etibar etdiyinə görə 12 mart 2021-ci il tarixdə qaytarmaq şərti ilə ona 5000 (beş min) manat borc olaraq pu! vermişdir. Hansı ki, o, qəbz yazaraq və imza edərək ona qəbz verdi. Cavabdeh borcun qaytarılması ilə əlaqədar verdiyi vədə əməl etməmişdir. Belə ki, o, borcun xx.xx.2023-cü il tarixdə qaytarılmalı olduğu halda qaytarmamışdır. O, borcunu tələb etmiş, lakin cavabdeh yayınmışdır. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.Cavabdeh 5000 (beş min) manat əsas borc və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunu alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, o, İddiaçı evində işləyir. Cavabdeh anasının müalicəsi üçün pul istəmişdi, İddiaçı ona 5000 manat pul vermişdi. Məhkəmə İddiaçı və şahid X1 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 5000 ( beş min) manat borc aldığını etiraf etmiş və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx xxxxxx 1946-cı il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxx 1946-cı il təvəllüdlü İddiaçı Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si nümayəndəliyinin 08 saylı təsərrüfatbaşı kitabının 664-cü il səhfəsində qeydiyyatdadır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 50 manat rüsum ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh 5000 (beş min) manat qaytarmaq şərti ilə borc pul vermiş və hazırda həmin borcu cavabdehdən tələb edir. Cavabdeh həmin borcu İddiaçı aldığını etiraf edən qəbzi imzasıyla təsdiq etmiş, borcu isə qaytarmamışdır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min)manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min)manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar