Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1429/2023 29.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 may 2022-ci il müqaviləsi üzrə 6969.59 AZN əsas borc, 267.41 AZN faiz borcu və 34.11 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7271.11 AZN məbləğində borcun tutulması, həmçinin Cavabdeh 2 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3605.55 AZN əsas borc, 187.32 AZN faiz borcu, 42.71 AZN cərimə borcu olmaqla ümumilikdə 3835.58 AZN məbləğində borcun və 123.32 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 31 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən "Yelo Bank” ASC-dən illik 17 faizlə 36 ay müddətinə 10000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır 2023-cü il sentyabrın 22-dək Cavabdeh banka 31 may 2022 tarixli kredit müqaviləsi üzrə 6969.59 AZN əsas borc, 267.41 AZN faiz borcu və 68.22 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7305.22 AZN borcu vardır. Cavabdeh 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 68.22 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdannda olmaqla, yəni 34.11 AZN məbləğində tələb olunur. Cavabdeh 2 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 5000 AZN məbləğində kredit götürmüşdür. 2023- cü ii sentyabrın 22-dək Cavabdeh banka 2 iyun 2022 tarixli kredit müqaviləsi üzrə 3605.55 AZN əsas borc, 187.32 AZN faiz borcu və 85.42 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 3878.29 AZN borcu vardır. Cavabdeh 2 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 85.42 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 42.71 AZN məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 may 2022-ci il müqaviləsi üzrə 6969.59 AZN əsas borc, 267.41 AZN faiz borcu və 34.11 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7271.11 AZN məbləğində borcun tutulması, həmçinin Cavabdeh 2 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3605.55 AZN əsas borc, 187.32 AZN faiz borcu, 42.71 AZN cərimə borcu olmaqla ümumilikdə 3835.58 AZN məbləğində borcun və 123.32 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun tərəfindən bir neçə yerdən kredit götürülüb, maddi imkanı çatmadığı ümün kreditləri vaxtında ödəyə bilmir. İddianı cərimə hissəsi istisna olmaqla qəbul edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan 31 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən "Yelo Bank” ASC-dən illik 17 faizlə 36 ay müddətinə 10000 AZN məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 5000 AZN məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 6969.59 AZN əsas, 267.41 AZN faiz, 68.22 AZN cərimə, cəmi 7305.22 AZN məbləğində kredit borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 3605.55 AZN əsas borc, 187.32 AZN faiz borcu və 85.42 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 3878.29 AZN kredit borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsinə görə 123.32 AZN dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 123 (yüz iyirmi üç) manat 32 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri və cavabdehin əmlak mənafelərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6969 (altı min doqquz yüz altmış doqquz) manat 59 qəpik əsas borc, 267 (iki yüz altmış yeddi) manat 41 qəpik faiz borcu, 04 (dörd) manat 11 qəpik cərimə borcu, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3605 (üç min altı yüz altmış beş) manat 55 qəpik əsas borc, 187 (yüz səksən yeddi) manat 32 qəpik faiz borcu, 2 (iki) manat 71 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat 32 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6969 (altı min doqquz yüz altmış doqquz) manat 59 qəpik əsas borc, 267 (iki yüz altmış yeddi) manat 41 qəpik faiz borcu, 04 (dörd) manat 11 qəpik cərimə borcu, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3605 (üç min altı yüz altmış beş) manat 55 qəpik əsas borc, 187 (yüz səksən yeddi) manat 32 qəpik faiz borcu, 02 (iki) manat 71 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat 32 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1429/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1429/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver