Məhkəmə qərarları › İş №2(018)-1439/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1439/2023

06.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1439/2023 06.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun geri tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat borcun geri tələbi və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, Astara rayonu Şümrüd kəndində yaşayır, Astara rayonu Şümrüd kənd orta məktəbində müəllim işləyir. Cavabdeh tanıyır, həmkəndlisidir. Cavabdeh sitrus meyvələrinin alqı-satqısı ilə məşğul olur. Ялавя олараг юзцнцн шяхси тясяррцфатында наринэи беъяриб сатмагла мяшьулдур. Беъярдийи мящсулдан Елман Дадашов ондан сатын алмаг исятмиш, буна эюря дя 2022-ci ilin oktyabr ayında 7000 (yeddi min) manat dəyərində nisyə olaraq ona naringi məhsulu satmışdır. Cavabdeh aldığı məhsulun dəyərini 2023-cü ilin aprel ayına kimi ödəyəcəyinə söz vermişdir. Cavabdeh verdiyi vədə əməl etməmiş, nisyə aldığı məhsulun pulunu ödəməkdən yayınmışdır. Onun cavabdehlə razılaşdığı vaxt çatdıqda borclu qaldığı pulu ödəməkdən yayınmağa başlamışdır. Cavabdehdən borcunu tələb etdikdə, borclu olduğu pulu tez bir müddətdə ödəyəcəyini söz versə də, hal-hazırkı dövrə qədər onun pulunu ödənməmişdir. Belə ki, müxtəlif vaxtlarda cavabdehdən pulunu tələb edəndə cavabdeh bəhanələr gətirərək borclu qaldığı pulu tez müddətdə ödəyəcəyinə söz vermişdir. Lakin, bu qədər vaxt keçməsinə baxmayaraq cavabdeh ona borclu qaldığı pulu qaytarmamışdır. Cavabdeh оьлу она борълу олдуьу 7000 (yeddi min) manat пулла баьлы она юз хятти иля йазылы гябз имзалайараг вермишдир. Qeyd olunanları nəzərə alaraq Cavabdeh оьлундан 7000 (yeddi min) manat borcun geri tələbi və ona ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin faktiki halları:

1. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhədov X1 rayonu Şümrüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. İşdə olan Cavabdeh tərəfindən imzalanmış sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 7000 manat borc pul almışdır. Həmin qəbzdən görünür ki, Cavabdeh İddiaçı olan borcu 2023-cü ilin aprel ayına kimi qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında həm yazılı qəbzdən, həm də iddiaçının izahatı ilə müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 7000 manat borc pul almış və iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə maddi hüquq normaları kimi aşağıda qeyd olunan qanunvericilik aktı normalarını əsas götürür: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Şifahi razılaşma icraçı üçün şifahi müqavilə əsasında veriləcək malın həcmi və dəyəri az miqdarda olduqda, istehlakçı icraçını uzun müddət tanıdıqda, yaxın dostun və ya qohumun zəmanəti olduqda, şifahi müqavilə zamanı üçüncü şəxsin iştirakçı olduqda yolveriləndir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği 7000 (yeddi min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, iddiaçı hazırki vaxtda cavabdehlərə qarşı iddia qaldırmaqda haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Sadalanan qanunvericilik aktı normalarını və işin yuxarıda şərh olunan hallarını əsas götürən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh 7000 (yeddi min) manat vurmuş olduğu ziyan pulu İddiaçıна verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi, bu normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia qaldırmaqdan ötrü ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 72 (yetmiş iki) manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü madələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat borc пул вя 72 (yetmiş iki) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar