Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1440/2023 18.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin nümayəndəsi X1 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB-nin nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz' İBnin X7 İstismarı İdarəsinə dəymiş 250,05 manat maddi ziyanın, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 280,45 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RUİİ-nın Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, 3AN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı İB-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı İB-nin nümayəndəsi X3 iddia ərizəsində göstərmişdi ki, 01 iyul 2023-cü il tarixində Cavabdeh Astara rayonu, Şahağacı kəndi ərazisində idarə etdiyi “Hyunday Elantra” markalı, **-SP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=108 mm-lik polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyatı komissiya tərfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-yə 250,05 (iki yüz əlli manat beş qəpik) manat zərər dəymişdir. Astara rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-65/2-16011 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh idarə etdiyi “Hyunday Elantra” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobili yolnəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 iyul 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Hyunday Elantra” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, avtomobillə yol- nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.Lənkəran RQİİ-nin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Astara rayonu Şahağacı kəndində xx.xx.2023-cü il tarixində “Hyunday Elantra” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobili tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində yolun kənarı ilə keçən X7 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=108 mm-lik qaz xətti mexaniki zərbəyə məruz alaraq deformasiyaya uğramış, nəticədə qaz xətti yararsız hala düşmüş, gecə saat 12:00-dən saat 13:05-ə qədər təbii qaz havaya axmışdır. "Azəriqaz' İB-nin X7 İstismarı İdarəsinə dəymiş 250,05 manat maddi ziyanın, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 280,45 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RUİİ-nın Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, 3AN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh X5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı İB-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İş materiallarında olan qaz xəttinin zədələnməsinə görə dəymiş ziyanın hesablanması cədvəlindən müəyyən edilir ki, cəmi 250,05 manat zərər hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, 01 iyul 2023-cü il tarixdə Cavabdeh Astara rayonu, Şahağacı kəndi ərazisində idarə etdiyi “Hyunday Elantra” markalı, **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=108 mm-lik polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmış və nəticədə İddiaçı İB-nə 250 (iki yüz əlli) manat 05 qəpik maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidməh haqqı məbləğində pul vəsaiti alınıb cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 250 (iki yüz əlli) manat 05 qəpik maddi ziyan, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 qəpik xidməh haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN **********, MH AZ37NABZ********************, SVVİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat 05 qəpik maddi ziyan, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 qəpik xidməh haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN ********** , MH AZ37NABZ********************, SVVİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1440/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1440/2023
18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver