Məhkəmə qərarları › İş №2(018)-15/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-15/2024

27.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-15/2024 27.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh4 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsində payların naturada ayrılması və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin qəbul edilməsi tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh4 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsində payların naturada ayrılması və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin qəbul edilməsi tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********05, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan çıxarışda qeyd edilən kənd təsərrüfatı torpaqları koteqoriyasına aid 0,50 hektar torpaq sahəsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********73, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan çıxarışda qeyd edilən yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid 0,30 hektar torpaq sahəsinin paylara uyğun naturada bölünməsi və həmin torpaq sahələrində X1, X2 və X3 hər birinin 1/54 hissədə olan payının da ona verilməklə payının 13/54 hissədə mülkiyyyət payının naturada ayrılması və həmin 13/54 hissədə olan torpaq sahəsinin yerləşən fəedi yaşayış evində onun tərəfindən vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə gösərdi ki, onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qızının, Cavabdeh7 və Cavabdeh4 paylı mülkiyyətində Astara rayonu Şiyəkəran kəndi ərazisində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********05, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan çıxarışda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq koteqoriyasına aid 0,50 hektar torpaq sahəsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********73, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan çıxarışda qeyd edilən yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid 0,30 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahələrində onların mülkiyyət payları müəyyən edilmişdir. Onun həmin torpaq sahələrinin hər birində mülkiyyət payı 10/54 hissədə bacıları X1, X2 və qardaşı X3 hər birinin mülkiyyət payı 1/54 hissədədir ki, onlar həmin paylarından onun xeyrinə imtina edirlər. Belə olan halda onun həmin torpaq sahələrinin hər birində mülkiyyət payı 13/54 hissədə olmalıdır. Hal-hazırda isə həmin torpaq sahələrində payların natura da bölünməsini istəyirlər. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etmədi və göstərdi ki, həmin torpaq sahələrində mülkiyyətçilərin payları cüzi olduğuna görə iddia təmin edilərsə həmin torpaq sahələrindən istifadə etmələri mümkünsüz olacaqdır. Odur ki, o, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, oonlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsnin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxxxx 1968-ci tarixdə anadan olmaqla onlar Astara rayonu Şiyəkəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçılar Məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********05, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan çıxarışdan məlum olur ki, Astara rayonu, Şiyəkəran kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq koteqoriyasına aid 0,50 hektar torpaq sahəsində Cavabdeh4 mülkiyyət payı 1/6 hissədə, Cavabdeh2 mülkiyyət payı 1/6 hissədə, Cavabdeh3 mülkiyyət payı 1/6 hissədə, Cavabdeh1 mülkiyyət payı 10/54 hissədə, İddiaçı mülkiyyət payı 10/54 hissədə, Cavabdeh5 mülkiyyət payı 1/54 hissədə, Cavabdeh6 qızının mülkiyyət payı 1/54 hissədə, Cavabdeh7 mülkiyyət payı 1/54 hissədə, X1 mülkiyyət payı 1/54 hissədə, X2 mülkiyyət payı 1/54 hissədə və X3 mülkiyyət payı 1/54 hissədədir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********73, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan çıxarışdan məlum olur ki, Astara rayonu, Şiyəkəran kəndi ərazisində yerləşən, yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid 0,30 hektar torpaq sahəsində Cavabdeh4 mülkiyyət payı 1/6 hissədə, Cavabdeh2 mülkiyyət payı 1/6 hissədə, Cavabdeh3 mülkiyyət payı 1/6 hissədə, Cavabdeh1 mülkiyyət payı 10/54 hissədə, İddiaçı mülkiyyət payı 10/54 hissədə, Cavabdeh5 mülkiyyət payı 1/54 hissədə, Cavabdeh6 qızının mülkiyyət payı 1/54 hissədə, Cavabdeh7 mülkiyyət payı 1/54 hissədə, X1 mülkiyyət payı 1/54 hissədə, X2 mülkiyyət payı 1/54 hissədə və X3 mülkiyyət payı 1/54 hissədədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 27 fevral 2024-cü il tarixli, 3- 16-16/2-10/240 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10saylı Lənkəran Ərazi İdarəsin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3301/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqlar Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest rnömrəsi **********05, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06iyul 2022-ci il olan Çıxarışla tərəflərin mülkiyyətinə Astara rayonu, Şiyəkəran kəndi ərazisindəyerləşən 0.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəli **********73, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 iyul 2022-ci il olan Çıxarışla tərəflərin mülkiyyətinə Astara rayonu, Şiyəkəran kəndi ərazisində yerləşən 0.30 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdu. Torpaq sahələrinin yerləşmə sxemi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3301/2023 saylı mütəxəssis rəyinə edilmiş yerquruluşu planına əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəli **********73, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 iyul 2022-ci il olan Çıxarışla tərəflərin paylı mülkiyyətlərində olan Astara rayonu, Şiyəkəran kəndi ərazisində yerləşən 0.30 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hər tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmasını, torpaq sahəsinin yolunun mövcud olmadığını və torpaq sahəsinin üzərində fərdi yaşayış evinin yerləşdiyini nəzərə alaraq, həmin 0,30 ha torpaq sahəsinin tərəflərin payına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3301/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən, torpaq sahəsinin yalnız cənub istiqamətdən eni boyunca yol ilə həmsərhəd olmasını, (digər istiqamətlərdə qonşu sahələr ilə və su arxı ilə həmsərhəddir), eyni zamanda torpaq sahəsinin payçılar arasında 11 hissəyə bölünən zaman torpaq sahəsinin bölünməsi öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı kiçik ölçülü müstəqil torpaq sahələrinin alınmasını və bunun da Torpaq Məcəlləsinin 4-cü maddəsinin tələblərinə zidd olmasını, digər tərəfdən həmin torpaq sahəsinin eni istiqamətində bölünməsi zamanı (torpaq sahəsinin giriş-çıxışının bir istiqamətdə olduğunu nəzərə alsaq) yolla həmsərhəd hissədən başqa digər hissələrə giriş-çıxış yolunun mümkün olmamasını nəzərə alaraq həmin 0,50 ha torpaq sahəsinin tərəflərin payına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin, X1, X2 və X3 ümumi, paylı mülkiyyətində Astara rayonu Şiyəkəran kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq koteqoriyasına aid 0,50 hektar torpaq sahəsi və yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid 0,30 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahələrində onların payları müxtəlif hissələrdə olmaqla müəyyən edilmişdir. Həmin torpaq sahələrinə dair müvafiq olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********05, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan və reyest nömrəsi **********73, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 iyul 2022-ci il olan çıxarışlarda alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahələrini tərəflərin payına uyğun olaraq aralarında naturada bölünməsinin mümkün deyildir. Məhkəmə iclasında həmçinin o da aydın oldu ki, İddiaçı heç bir əsas və subut təqdim etmədən qeyd edilən torpaq sahələrində X1, X2 və X3 hər birinin mülkiyyətində olan 1/54 hissənin onun mülkiyyətinə verilməsini və həmin 13/54 hissədə olan torpaq sahəsinin yerləşən fəedi yaşayış evində onun tərəfindən vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi tələb edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 6.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci hissəsninə əsasən torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

8. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh4 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsində payların naturada ayrılması və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin qəbul edilməsi tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar