Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1322/2021 05.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X11 və nümayəndə-vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onların vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Yevlax rayon 1 saylı notariat ofisinə qarşı “mirasda payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə МÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Yevlax rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasından miras qalan 4700 manat pul, mərhum valideynlərinə məxsus olmuş bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd videomaqnitofon, 1 ədəd peyk antenası, 6 ədəd mebel çarpayı, 1 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 12 ədəd stul, 5 ədəd təzə gəvə, 1 ədəd sandıq, 1 ədəd əl ilə işlədilən tikiş maşını, 1 ədəd ayaqla işlədilən tikiş maşını, 1 ədəd ütü, 1 ədəd elektrik ət maşını, 1 ədəd təzə termozlu samovar, mebellər- 1 ədəd termo, şifoner, servant, jurnal stolu, yataq dəsti- 6 ədəd yorğan, 6 ədəd döşək, 6 ədəd yastıq, 3 ədəd lüstur, 1 ədəd elektrik peçi, 3 ədəd qaz peçi, 1 ədəd dörd gözlü qaz peçi, 1ədəd böyük su matoru, 1 ədəd 1.500 litrlik su baçoku, 4 ədəd 200 litrlik dəmir boçkalar, 2 ədəd aliminium 40 litrlik su bidonu, 1 ton təmiz buğda, 52 ədəd toyuq, 1 ədəd mobil telefon, 1 ədəd ev üçün naqilsiz əl telefonu və atasının istifadəsində olmuş usta üçün ləvazimatlar- laqonda, direl, balta, mişar və ölçü tərəzisi kimi daşınar əşyaların, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əldə olunmuş məhsulun miras aktivinə daxil edilməsi, həmin daşınar əşyalara və daşınmaz əmlakın dövlət reyestrində 29.01.2021-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən mərhum valideynlərindən miras qalmış həyətyanı torpaq sahəsinə, Yevlax rayonu Rüstəmli kəndində yerləşən fərdi yaşayış evinə, daşınmaz əmlakın dövlət reyestrində 29.01.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum valideynlərindən miras qalmış Yevlax rayonu Rüstəmli kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə, atasından miras qalmış LTZ T-40 markalı, buraxılış ili 1989-cu il olan, 66T-515 qeydiyyat nişanlı traktor və iki qoşqu lapetinə və buraxılış ili 2003-cü il olan minik avtomobilinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun valideynləri X15 və X9 olmuşlar. Valideynləri rəsmi nikah münasibətlərində olmuşlar. Onlar ailədə 3 qız övladı olmuşlar. Hər biri evlidir və ayrıca təsərrüfatları var. X23 01.01.1957-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, 15.12.2020-ci il tarixdə vəfat etmişdir. X1 23.10.1957-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, 18.07.2019-cu il tarixdə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra onlar hər biri valideynlərindən qalmış mirası qəbul etmişlər. Eyni zamanda hüquqi statusu müəyyən edilmiş miras əmlaklara bağlı atalarının vəfatından sonra qanunvericilikdə nəzərdə tutulmuş 3 ay ərzində vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, yalnız hüquqi statusu müəyyən edilmiş əmlaklarla bağlı vərəsəlik işinin açılması mümkündür. Həmin əmlaklar kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri, fərdi yaşayış evi, avtomobil və texnikadır. Hazırda onun iddia tələbinin predmetini təşkil edən əşyaların hər biri ona və cavabdeh olan bacılarına valideynlərindən miras qalmış əşyalardır. Həmin əmlaklar cavabdehlərin nəzarətində və onların istifadəsindədir. Valideynlərindən miras qalmış daşınar və daşınmaz əmlaka payının müəyyən edilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Yevlax rayon 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırkı iş üzrə tərəflərin valideynlərindən miras əmlak olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, fərdi yaşayış evi, avtomobil, traktor və onun iki ədəd qoşqu lapeti, daşınar əşya olaraq isə iddia ərizəsində sadalanan əmlaklar qalmışdır. Daşınmaz əmlakın bölgüsü ilə bağlı əvvəl tərəflər arasında razılıq əldə olunsa da, cavabdehlər notariusa getməkdən imtina etmişlər. İddia ərizəsində qeyd olunan daşınar əşyaların bölüşdürülməsində də tərəflər razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan daşınmaz əmlakların mövcudluğu ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etsələr də, yaşayış evinə və traktora aid iki ədəd qoşqu lapetə dair sənədləri məhkəməyə təqdim edə bilmirlər. İddiaçı tərəf miras əmlakın cavabdehlər tərəfindən faktiki qəbul edilməsini mübahisələndirmir və valideynlərindən miras qalmış əmlakların hər biri arasında bərabər şəkildə bölünməsini istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X13 və Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddia ərizəsində qeyd olunan daşınar əşyalardan bəziləri həqiqətən mövcuddur və hazırda valideynlərinə məxsus evdədir. Daşınar əşyalardan DVD, videomaqnitofon, 4700 manat pul, 1 ədəd qızıl sırğa və üzük, 1 ədəd termozlu samovar, 4 ədəd 200 litrlik boçkalar, 2 ədəd 40 litrlik su bidonu, direl, 1 ton buğda, 52 ədəd toyuq və ölçü tərəzisi isə mövcud olmamışdır. Cavabdehlər həm də bildirmişlər ki, məhkəmə predmeti olan hazırkı mübahisənin qanuni şəkildə həll edilməsinə etiraz etmirlər. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışından görünür ki, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 3.2510 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X4, İddiaçı və Cavabdeh1 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********75 qeydiyyat №li çıxarışından görünür ki, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0.3 hektar həyətyanı torpaq sahəsi X10, X4, İddiaçı, X5 və Cavabdeh1 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır; 12.07.2004-cü il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, “T-40” markalı AZ 66T-515 dövlət qeydiyyat nişanlı traktor X10 adına qeydiyyatdadır; 10.10.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil X10 adına qeydiyyatdadır; Xİİ-ЖГ 307836 nömrəli doğum haqqında şəhadətnəmədən görünür ki, xx.xx.1987ci il təvəllüdlü X6 atası X15, X1dır; XİV-ЖГ 308351 nömrəli doğum haqqında şəhadətnəmədən görünür ki, 04.09.1988ci il təvəllüdlü X8 atası X15, X1dır; XX-ЖГ 352998 nömrəli doğum haqqında şəhadətnəmədən görünür ki, xx.xx.1997ci il təvəllüdlü X5 atası X15, X1dır; AZ-İ 968699 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Eyvazova Səlbinaz Namət qızı 18.07.2019-cu ildə ildə vəfat etmişdir; AZ-İİ 145791 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 15.12.2020ci ildə ildə vəfat etmişdir; Yevlax rayon 1 saylı notariat ofisinin 12.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, mərhum X10 və Eyvazova Səlbinaz Namət qızının vərəslərinin ərizəsi əsasında 13.03.2021-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməli olduğu iddiaçıya bildirilmişdir; "xxxx" MMC-nin 231 saylı, 27.10.2021-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, mərhum X12 məxsus Yevlax rayonu Rüstəmli kəndində yerləşən fərdi-yaşayış evində saxlanılan ev əşyalarının qiymətləndirilməsi aşağıdakı qaydada aparılmışdır: - 400 manat dəyərində 2 qapılı soyuducu, 100 manat dəyərində “Okia” markalı televizor, 50 manat dəyərində krosnu antena, 1 ədədi 40 manat olmaqla 240 manat dəyərində 6 ədəd mebel çarpayı, 60 manat dəyərində divan, 30 manat dəyərində 2 ədəd kreslo, 150 manat dəyərində 3 ədəd stul, 120 manat dəyərində 12 ədəd stul, 500 manat dəyərində 2 ədəd gəvə 3x4 ölçüdə, 200 manat dəyərində 1 ədəd xalça 4x2.5 ölçüdə, 150 manat dəyərində 1 ədəd xalça 3x1.50 ölçüdə, 120 manat dəyərində 1 ədəd xalça 2x1.50 ölçüdə, 40 manat dəyərində sandıq, 40 manat dəyərində əl ilə işləyən tikiş maşını, 150 manat dəyərində ayaqla işləyən tikiş maşını, 25 manat dəyərində ütü, 50 manat dəyərində elektrik ət çəkən maşın, 100 manat dəyərində termo-dolab-servant-jurnal stolu, 300 manat dəyərində 6 ədəd yun yorğan, 600 manat dəyərində 6 ədəd yun döşək, 60 manat dəyərində 6 ədəd tük yastıq, 120 manat dəyərində 3 ədəd lüstur, 35 manat dəyərində elektrik peçi, 90 manat dəyərində 3 ədəd qaz peçi, 70 manat dəyərində 4 gözlü qaz peçi, 50 manat su matoru, 150 manat dəyərində 1500 lt su boçkası, 30 manat dəyərində sadə mobil telefon, 60 manat dəyərində naqilsiz ev üçün əl telefonu, 50 manat dəyərində laqonda, 10 manat dəyərində balta, 10 manat dəyərində mişar olmaqla cəmi əşyaların dəyəri 3640 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər bacıdırlar, eyni zamanda miras qoyanların övladları, yəni qanun üzrə birinci növbəli vərəsələridirlər; miras qoyanlar- iş üzrə tərəflərin atası 15.12.2020-ci ildə vəfat etmiş X15 və anası 18.07.2019-cu ildə vəfat etmiş X7r; mərhum Vaqif Eyvazovdan miras qalmış əmlak- minik avtomobili, traktor, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0,3 hektar həyətyanı torpaq sahəsinin 1/5 hissəsi, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 3,2510 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsidir; mərhum X3 miras qalmış əmlak- Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0,3 hektar həyətyanı torpaq sahəsinin 1/5 hissəsi, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 3,2510 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaq sahəsinin 1/4 hissəsidir; vərəsələr mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariusa müraciət etmiş, lakin vərəsələr arşında mübahisə olduğundan iddiaçıya məhkəməyə müraciət etməli olması bildirilmiş; eyni zamanda işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər valideynləri öldükdən sonra miras əmlaka faktiki sahiblik etməklə onu qəbul etmişlər. Məhkəmə miras əmlaka daxil olan torpaq sahələrindəki payların müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Miras qoyanların və iş üzrə tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahələri barəsində ayrı qayda nəzərdə tutan razılaşma olmadığı üçün məhkəmə hesab edir ki, torpaq sahəsi üzrə miras qoyanların və iş üzrə tərəflərin payları bərabər şəkildə müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı hər iki miras qoyanın miras əmlakına daxil olan daşınar əşyalar kimi aşağıdakı əşyalar müəyyən olunmuşdur; 2 qapılı soyuducu, “Okia” markalı televizor, krosnu antena, 6 ədəd mebel çarpayı, divan, 2 ədəd kreslo, 3 ədəd stol, 12 ədəd stul, 2 ədəd gəvə, 1 ədəd xalça 4x2.5 ölçüdə, 1 ədəd xalça 3x1.50 ölçüdə, 1 ədəd xalça 2x1.50 ölçüdə, sandıq, əl ilə işləyən tikiş maşını, ayaqla işləyən tikiş maşını, ütü, elektrik ət çəkən maşın, mebel dəsti olaraq-termo, dolab, servant, jurnal stolu, 6 ədəd yun yorğan, 6 ədəd yun döşək, 6 ədəd tük yastıq, 3 ədəd lüstur, elektrik peçi, 3 ədəd qaz peçi, 4 gözlü qaz peçi, su matoru, 1500 litrlik su boçkası, mobil telefon, naqilsiz ev üçün əl telefonu, laqonda, balta, və mişar. İddiaçı atasına məxsus 2 ədəq qoşqu lapet və atasına məxsus fərdi yaşayış evinə də payının müəyyən edilməsini, həmçinin 4700 manat pulun, 1 ədəd qızıl sırğanın və qızıl üzüyün, DVD-nin, videomaqnitofonun, termozlu samovarın, 4 ədəd 200 litrlik dəmir boçkaların, 2 ədəd aliminium 40 litrlik su bidonunun, 1 ton buğdanın, 52 ədəd toyuğun, ölçü tərəzisinin və miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əldə edilmiş məhsulun da miras aktivinə daxil edilməsi və vərəsələr arasında bölüşdürülməsi tələbini irəli sürsə də, qeyd olunan əmlakların mövcudluğu məhkəmə baxışında aşkar olunmamış və iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, miras əmlak tərəflər arasında bərabər şəkildə bölünməklə, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0,3 hektar həyətyanı torpaq sahəsinin mərhum Vaqif Eyvazova məxsus 1/5 hissəsinin və mərhum Səlbinaz Eyvazovaya məxsus 1/5 hissəsinin, ümumilikdə 2/5 hissəsinin 1/3 hissəsinə, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 3,2510 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Vaqif Eyvazova məxsus 1/4 hissəsinin və mərhum Səlbinaz Eyvazovaya məxsus 1/4 hissəsinin, ümumilikdə 2/4 hissəsinin 1/3 hissəsinə, eyni zamanda mərhum Vaqif Eyvazovdan miras qalmış T-40” markalı AZ 66T-515 dövlət qeydiyyat nişanlı traktorun və “VAZ 2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka daxil olan daşınar əşyalarla bağlı aşağıdakıları qeyd edir. Miras aktivinə daxil olan daşınar əşyaların vərəsələr arasında bərabər şəkildə bölüşdürülməsi üçün həmin əşyaların qiymətləndirilməsi aparılmış və daşınar əşyaların ümumi dəyərinin 3640 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, daşınar əşyalar dəyərlərinə uyğun olaraq bərabər şəkildə vərəsələr arasında bölüşdürülməli(3640/3) və miras əmlakdan hər vərəsəyə 1213 manat dəyərində əşya verilməli olması nəzərə alınmalıdır. Bu məqsədlə 100 manat dəyərində termo-dolabservant-jurnal stolu, 300 manat dəyərində 6 ədəd yun yorğan, 600 manat dəyərində 6 ədəd yun döşək, 60 manat dəyərində 6 ədəd tük yastıq, 150 manat dəyərində 1500 litrlik su boçkası üzərində iddiaçının payı müəyyən edilməlidir. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0,3 hektar həyətyanı torpaq sahəsinin mərhum Vaqif Eyvazova və mərhum Səlbinaz Eyvazovaya məxsus 2/5 hissəsinin 1/3 hissəsinə, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 3,2510 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Vaqif Eyvazova və mərhum Səlbinaz Eyvazovaya məxsus 2/4 hissəsinin 1/3 hissəsinə, mərhum Vaqif Eyvazovdan miras qalmış T-40” markalı AZ 66T-515 dövlət qeydiyyat nişanlı traktorun və “VAZ 2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə, eyni zamanda Yevlax rayonu Rüstəmli kəndində mərhum Vaqif Eyvazova məxsus fərdi yaşayış evində yerləşən mebel dəstitermo, dolab, servant, jurnal stolu, 6 ədəd yun yorğan, 6 ədəd yun döşək, 6 ədəd tük yastıq, 1500 litrlik su boçkası üzərində İddiaçı payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1322/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1322/2021
05.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver