Məhkəmə qərarları › İş №2(018)-154/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-154/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-154/2025 27.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evdə görülmüş işə görə ödənilməmiş pulun və evdə saxlanılmış alıtlırin qaytarılmasına, işlədiyi müddətə dair pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəyəri 2112 (iki min yüz on iki) manat olan iş alətlərini (yerində olmayan alətlərinin pulla əvəzi), görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat, işləmədiyi üç aya görə 4500 (dörd min beş yüz) manat, ödənilmiş 137 (yüz otuz yeddi) manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddiasını müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, o, Astara rayonun Siyəkü İƏD-nin Vaqo kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh dayısı oğludur və Cavabdeh ailəsi ilə birlikdə Astara rayonun Vaqo kəndində yaşayır. O, ustalıqla məşğul olduğundan 2024-cü ilin əvvəllərində Cavabdeh Astara rayonun Vaqo kəndində təzə tikdiyi evdə tikinti işlərini aparılması ilə bağlı ona müraciət etmiş və o, işin görülməsinə dair şərtlərlə onu tanış etmiş, görüləcək işlərə görə ona ödəniləcək pulun məbləği ilə razılaşmışlar. Cavabdeh şərtlərə razılaşmış və razılaşdıqları tarixdə işləməyə başlamışdır. Görüləcək işlər aşağıdakılardan ibarət idi: bir metrəsi 5 manat olmaqla 300 kv/m divardakı işlərə görə 1500 manat, 240 kv/m tavanda görüləcək işə görə bir metri 10 olmaqla 2400 manat, patakonik işinin görülməsinə görə 520 manat, paduqanın yığılması metri 2 manat olmaqla 2600 manat, hamamda görüləcək işə görə 1500 manat, obşivkaya görə 200 manat olmaqla görüləcək işlərə görə ona 8720 manat pul ödənilməsi ilə razılaşlaşmışlar. 09 Mart 2024-cü il tarixdə o, Cavabdeh təzə tikilmiş fərdi yaşayış evində işləməyə başlamışdır. İşlədiyi müddətdə Cavabdeh hissə-hissə razılaşdıqları məbləği ona ödəyirdi. Cavabdeh 9 iyul 2024-cü il tarixdə işi dayandırmasını ona bildirmiş və bunları da köhnə evində pulun oğurlanması ilə izah etdi. O da işi dayandırmış və alətləri iş gördüyü evdə saxlamışdır. Cavabdeh gördüyü işə görə ona 3800 manat pul vermiş, 4920 manat borclu qalmışdır. Cavabdeh evində görülmüş işlərə dair görüntüləridə tələb olunsa məhkəməyə təqdim edə bilər. Cavabdeh evindən pulun oğurlanmasını şübhəli kimi onun adı ilə bağladı və onu Astara rayon polis şöbəsinə çağırdılar və pul tərəfindən oğurlanması təsdini tapmamışdır. Cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq iş alətlərini ona qaytarmamış və hal-hazırdada həmin iş alətləri Cavabdeh evində saxlanılır. Həmin alətlər- Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer- bir ədəd, qiyməti 180 (bir yüz səksən) manat, Laqunda- Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd, qiyməti 260 (iki yüz altımış) manat, ütü bir ədəd, qiyməti 70 (yetmiş) manat, Perenarator- Bosch 2-26- bir ədəd, qiyməti 100 (bir yüz) manat, drel-makuta bir ədəd, qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd, qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) – 50 (ǝlli) metr, qiyməti, 60 (altımış) manat, Spater-böyük dekor- 3 (üç) ədəd, qiyməti 30 (otuz ) manat 25 cm-10 (on) ədəd, qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq- iki ədəd, qiyməti 15 (on beş) manat, böyük-8 ədəd, qiyməti 30 (otuz) manat, qayçıdəmirkəsən dörd ədəd, qiyməti 35 (otuz beş) manat, Çəkic- dörd ədəd qiyməti 40 (qırx) manat, çəkic- kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak- 4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlo-dəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk- 10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran- iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurup- on ədəd, qiyməti 5 (beş) manat, Nasatka-8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka-10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)- altı ədəd, qiyməti 6 (altı) manat, Açarlar-razvadnoy- iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açar-ördək burun- üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic- bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator -bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan- qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxaran-dəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçün- on ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat təşkil edir. Cavabdeh yuxarıda göstərilmiş iş alətlərini ona qaytarılmasını və ya yerində olmayan alətlərinin pulunun ona ödənilməsini tələb edir. Cavabdeh iş alətlərini ona qaytarmadığından o, üç ay işləyə bilməmiş və işləmədiyi üç aya görə Cavabdeh 4500 (dörd min beş yüz) manat pul tələb edir və bu tələbi qanuni və əsaslı hesab edir. Astara rayonun Vaqo kənd sakini Cavabdeh tərəfindən cəmi qiyməti 2112 (iki min yüz on iki) manat olan iş alətlərini (yerində olmayan alətlərinin pulla əvəzi), görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manatı, işləmədiyi üç aya görə 4500 (dörd min beş yüz) manatı, 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumunun İddiaçı Şirməli oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianə qəbul etməyərək bildirmişdi ki, İddiaçı təmsil etdiyi şəxs Cavabdeh Şirnəli oğluna qarşı "Fərdi yaşayış evində görülmüş işə görə ödənilməmiş işə görə pulun və evdə saxlanılmış alətlərin qaytarılmasına, işləmədiyim müddətə dair pulun ödənilməsi" barədə iddia vermişdir. Həmin iddiaya qarşı cavabdeh etiraz edir. İddiaçı iddia ərizəsində iddia edir ki, guya cavabdehin evində işləyib və razılaşmaya görə guya o, ona 8720 (səkkiz min yeddi yüz iyirmi) manat pul ödəmli idi. Lakin cavabdehin onunla belə bir razılaşması olmayıb. Daha sonra o, iddia ərizəsində bir sıra işlərin qiymətlərini yazmaqla iddia edir ki, guya cavabdeh onunla razılaşmışdır ki, həmin işlərin pulunu ödəyəcəkdir. Lakin onların arasında belə bir razılaşma olmamışdır. İddiaçı iddia edir ki, guya cavabdehin ona 4920 (dörd min doqquz yüz iyirmi) manat borcu vardır. Əgər onun özünün dediyi kimi o, işi yarımçıq saxlayıbsa və onun işini görməyibsə, görmədiyi işə görə cavabdeh ona niyə pul verməlidir. Daha sonra iddiaçı iddia edir ki, guya onun 39 addda iş alətləri cavabdehin evində qalmışdır. İddiaçının cavabdehin evində heç bir aləti qalmamışdır. Həmin alətlərin cavabdehin evində qalmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarında olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Astara Rayon Polis Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, yük avtomobili idarə edir. 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı vaxtda Əfqan ona zəng edərək Çingizin evində usta işlədiyini bildirmiş və onun üçün Sədərək bazarından alətlər alıb gətirməsini xahiş etmişdir. O, sədərək bazarından pereparator, drel, ütü və digər alətlər alıb Çingizin evinə gətirmişdir və orada Əfqana həmin alətləri vermişdir. O, İddiaçı Cavabdeh evində görmüş, bəzi alətləri özü aparmış və orada başqa alətlərin də olduğunu görmüşdür. İş materialında olan Astara Rayon Polis Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında dəqiq xatırlamadığı vaxtda Cavabdeh yaşadığı ünvana süd almaq üçün getmişdir. Həmin vaxtdan bir neçə müddət sonra Çingizin evindən oğurluq edildiyini öyrənmişdir. Həmin evdən kimin oğurluq etməsini bilmir. O, İddiaçı Cavabdeh evində görmüş, həmin vaxt Əfqan Çingizin evində ustalıq etmişdir. O, orada drel, pereparator, əl mişarı, laqonda və başqa alətlər görmüşdür. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin surətindən görünür ki, Cavabdeh etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsini Vəkil etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderindən görünür ki, Vəkil Cavabdeh hüquqi yardım göstərir. İş materialında olan Astara RİHB-nın Siyakü İƏDÜN-nin 1178 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yaşayır. İş materialında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 137 (yüz otuz yeddi) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer- bir ədəd, qiyməti 180 (bir yüz səksən) manat, Laqunda- Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd, qiyməti 260 (iki yüz altımış) manat, ütü bir ədəd, qiyməti 70 (yetmiş) manat, Perenarator- Bosch 2-26- bir ədəd, qiyməti 100 (bir yüz) manat, drel-makuta bir ədəd, qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd, qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) – 50 (ǝlli) metr, qiyməti, 60 (altımış) manat, Spater-böyük dekor- 3 (üç) ədəd, qiyməti 30 (otuz ) manat 25 cm-10 (on) ədəd, qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq- iki ədəd, qiyməti 15 (on beş) manat, böyük-8 ədəd, qiyməti 30 (otuz) manat, qayçıdəmirkəsən dörd ədəd, qiyməti 35 (otuz beş) manat, Çəkic- dörd ədəd qiyməti 40 (qırx) manat, çəkic- kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak- 4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlo-dəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk- 10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran- iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurup- on ədəd, qiyməti 5 (beş) manat, Nasatka-8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka-10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)- altı ədəd, qiyməti 6 (altı) manat, Açarlar-razvadnoy- iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açar-ördək burun- üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic- bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator -bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan- qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxaran-dəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçün- on ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat dəyərində alətlər və görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer- bir ədəd, qiyməti 180 (bir yüz səksən) manat, Laqunda- Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd, qiyməti 260 (iki yüz altımış) manat, ütü bir ədəd, qiyməti 70 (yetmiş) manat, Perenarator- Bosch 2-26- bir ədəd, qiyməti 100 (bir yüz) manat, drel-makuta bir ədəd, qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd, qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) – 50 (ǝlli) metr, qiyməti, 60 (altımış) manat, Spater-böyük dekor- 3 (üç) ədəd, qiyməti 30 (otuz ) manat 25 cm-10 (on) ədəd, qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq- iki ədəd, qiyməti 15 (on beş) manat, böyük-8 ədəd, qiyməti 30 (otuz) manat, qayçı-dəmirkəsən dörd ədəd, qiyməti 35 (otuz beş) manat, Çəkic- dörd ədəd qiyməti 40 (qırx) manat, çəkic- kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak- 4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlo-dəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk- 10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran- iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurup- on ədəd, qiyməti 5 (beş) manat, Nasatka-8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka-10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)- altı ədəd, qiyməti 6 (altı) manat, Açarlar-razvadnoy- iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açar-ördək burun- üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic- bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator -bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan- qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxaran-dəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçün- on ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat dəyərində alətlər və görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar