Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-16/2023 22.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Aqrarkredit» QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh Bünyadov Mahnigar Hacıbala oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borc tələbinin dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə, həmin nəqliyyat vasitəsinin açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbi barədə” mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının idarə heyəti sədrinin müavini X4 Rayon Məhkəməsində cavabdeh Bünyadov Mahnigar Hacıbala oğluna qarşı iddia qaldırmışdır. İddiaçı cavabdehə qarşı aşağıdakı tələblərlə çıxış etmişdir:
1. Cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlundan 04 noyabr 2013-cü il tarixli, 268 saylı kredit müqaviləsi üzrə 3874 (üç min səkkiz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik əsas, 1626 (bir min altı yüz iyirmi altı) manat, 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5500 (beş min beş yüz) manat, 98 (doxsan səkkiz) qəpik borcun və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması;
2. Borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipotekaya qoyulmuş cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlunun mülkiyyətində olan “VAZ 21214 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə, həmin nəqliyyat vasitəsini açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatınin nümayəndəsi X3 iddianı müdafiə edib izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Bünyadov Mahnigar Hacıbala oğlunun "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 28 avqust 2017-ci il tarixli, S-FK-LEN-1 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSCyə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 5500,98 manat (əsas borc 3874,53 manat; faiz borcu 1626,45 manat) məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə Bünyadov Mahnigar Hacıbala oğlunun arasında bağlanmış 14 avqust 2013-cü il tarixli 187 saylı kredit müqaviləsinə əsasən Bünyadov Mahnigar Hacıbala oğluna 24 ay müddətinə illik 24%-lə 5340 (beş min üç yüz qırx) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə ipotekaqoyan Bünyadov Mahnigar Hacıbala oğlu arasında bağlanmış 13 avqust 2013-ci il tarixli 187 saylı ipoteka müqaviləsinə əsasən Bünyadov Mahnigar Hacıbala oğlunun mülkiyyətində olan “VAZ 21214 minik” markalı 07BE860 dövlət qeydiyat nişanlı avtomobili banka ipotekaya qoyulmuşdur. DYP tərəfindən verilmiş 14 avqust 2013-cü il tarixli AA seriyalı 083724 nömrəli çıxarışa əsasən həmin avtomobil "xxxx" ASC-nin Lənkəran filialının xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh qrafika uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlunun İddiaçı QSC-yə olan əsas borc 3874,53 manat, faiz borcu 1626,45 manat olmaqla, cəmi borcu 5500,98 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Borcalana göndərilmiş bildiriş və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh Bünyadov Mahnigar Hacıbala oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iş üzrə iddiaçının məhkəmədə qaldırdığı 2 (iki) iddia tələblərinə ayrıayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, tələblərə ayrı-ayrılıqda qiymət verilməsi həm iş üzrə gəlinən nəticələrin aydın olmasına, eyni zamanda məhkəmə qətnaməsinin asan başa düşülməsinə və gələcəkdə dəqiq şəkildə icra olunmasına xidmət edəcəkdir. Birinci tələb üzrə işin faktiki halları bundan ibarətdir:
1. Borc alan Bünyadov Mahnigar Hacıbala oğluna borc verən "xxxx" ASC-nin Lənkəran filialı ilə bağladığı 14 avqust 2013-cü il tarixli, 187 saylı kredit müqaviləsinə əsasən illik 24% dərəcəsi ilə 5340 (beş min üç yüz qırx) manat məbləğində kredit verilmişdir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 28 avqust 2017-ci il tarixli aktına əsasən Bünyadov Mahnigar Hacıbala oğlunun "xxxx" ASC-yə olan 3874 (üç min səkkiz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik əsas, 1626 (bir min altı yüz iyirmi altı) manat, 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5500 (beş min beş yüz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğindəki borcu İddiaçı QSC-yə təhvil verilmişdir.
3. "xxxx" ASC-dən İddiaçı QSC BOKT-na 28 avqust 2017-ci il tarixli, S-FK-LEN-1 saylı aktla təhvil verilmiş Bünyadov Mahnigar Hacıbala oğlunun kredit borcunun 01 aprel 2022-ci il tarixə olan vəziyyəti barədə məlumatına əsasən sonuncunun 3874 (üç min səkkiz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik əsas, 1626 (bir min altı yüz iyirmi altı) manat, 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5500 (beş min beş yüz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğindəki borcu vardır.
4. 07 aprel 2022-ci il tarixli bildiriş məktubuna əsasən cavabdeh Bünyadov Mahnigar Hacıbala oğluna kredit müqaviləsi üzrə 5500 (beş min beş yüz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində borcun olması barədə bildirilmiş və həmin borcun kredit təşkilatının hesabına ödənilməsi tələb olunmuşdur.
5. Ödəniş qəbzinə əsasən iddiaçı adından Məhkəməyə müraciət etmək üçün 75 (yetmiş beş) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Birinci tələb üzrə tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin qeyd olunan hallarını və maddi hüquq normaların əsas götürən məhkəmə hesab edir ki, birinci tələb üzrə iddia təmin olunmalı, cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlundan 3874 (üç min səkkiz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik əsas, 1626 (bir min altı yüz iyirmi altı) manat, 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5500 (beş min beş yüz) manat, 98 (doxsan səkkiz) qəpik borcun və ödənilmiş 75 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı QSC Bank olmayan Kredit Təşkilatınə verilməsinə dair qətnamə qəbul edilməlidir. İkinci tələb üzrə işin faktiki halları bundan ibarətdir:
1. 14 avqust 2013-cü il tarixli, 187 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə ipotekaqoyan Bünyadov Mahnigar Hacıbala oğlu arasında bağlanmış 13 avqust 2013-ci il tarixli 187 saylı ipoteka müqaviləsinə əsasən Bünyadov Mahnigar Hacıbala oğlunun mülkiyyətində olan “VAZ 21214 minik” markalı 07BE860 dövlət qeydiyat nişanlı avtomobili banka ipotekaya qoyulmuşdur.
2. 09 fevral 2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş məktubuna əsasən borcun tələb edilməsi və tutmanın Banka ipotekaya qoyulmuş avtomaşınına yönəldilməsi barədə Astara rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediləcəyi barədə Bünyadov Mahnigar Hacıbala oğluna bildirilmişdir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 9/7599 nömrəli ekspert rəyinə əsasən “VAZ 21214 minik” markalı 2010-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 7500 manat, likvid qiyməti 7000 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. İkinci tələb üzrə tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Yenə həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İşin qeyd olunan hallarını və sadalanan qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia ikinci tələb hissədə təmin olunmalı, cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlunun mülkiyyətində olan 2010-cu il buraxılışlı “VAZ 21214 minik” markalı 07BE860 dövlət qeydiyat nişanlı avtomobil açıq hərracdan satılmalı, satış pulundan əldə edilən vəsaitlə tələb edilən borca görə iddiaçıya ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxsə qaytarılmalıdır. İpoteka predmeti olan 2010-cu il buraxılışlı “VAZ 21214 minik” markalı 07BE860 dövlət qeydiyat nişanlı avtomobilin ilkin satış qiyməti (likvid qiymət) 7000 (yeddi min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğindəki pul cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlundan alınaraq, dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115 və 124-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin.
1. Cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlundan 3874 (üç min səkkiz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik əsas, 1626 (bir min altı yüz iyirmi altı) manat, 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5500 (beş min beş yüz) manat, 98 (doxsan səkkiz) qəpik borcu və ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat məbləğindəki pul alınıb İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına verilsin.
2. Tələb cavabdeh Bünyadov Mahnigar Hacıbala oğlunun mülkiyyətində olan 2010cu il buraxılışlı “VAZ 21214 minik” markalı 07BE860 dövlət qeydiyat nişanlı avtomobilə yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. Satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxsə qaytarılsın. İpoteka predmeti olan avtomobilin ilkin satış qiyməti (likvid qiymət) 7000 (yeddi min) manat müəyyən edilsin.
3. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat pul Bünyadov Mahnigar Hacıbala oğlundan alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov