Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1656/2023 05.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X3, İddiaçılar X1 və X2 cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati ərazi dairəsi və Astara rayin Ərçivan Bələdiyyəsinə qarşı təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçılar X1 və X5 cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati ərazi dairəsi və Astara rayin Ərçivan Bələdiyyəsinə qarşı təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi iə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar X1 və X5 cavabdehlərin sayına görə iddia ərizəsinin surətlərini iddia ərizəsinə əlavə etməmişlər. Bundan başqa iddiaçılar X1 və X5 baş vermiş təbii fəlakətdən sonra hər hansı bir araşdırmanın aparılması və mülki hüquq pozuntusunun (delikt) yaranmasında kimin cavabdehlik daşıması barədə sübutları iddia ərizəsinə əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçılar X1 və X4 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar X1 və X2 cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati ərazi dairəsi və Astara rayin Ərçivan Bələdiyyəsinə qarşı təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar X1 və X4 izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1656/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1656/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver