Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-171/2024 19.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə Etibar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “Mülkiyyətində olan torpaq sahəsinə hüquqlarının həyata keçirilməsi barədə cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “Mülkiyyətində olan torpaq sahəsinə hüquqlarının həyata keçirilməsi barədə cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Etibar oğlu ərizə ilə Məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı “Mülkiyyətində olan torpaq sahəsinə hüquqlarının həyata keçirilməsi barədə cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanmalı və ərizə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “Mülkiyyətində olan torpaq sahəsinə hüquqlarının həyata keçirilməsi barədə cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-171/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-171/2024
19.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver