Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-176/2024 22.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «pul» barədə iddia verərək, Cavabdeh İddiaçı oğlunun xeyrinə 12 aprel 2023 cü il tarixli № 01526-0710-05 saylı kredit müqaviləyə əsasən əsas borc üzrə 378.85 AZN, gecikdirilmiş faiz üzrə 136.44 AZN, cərimə borcu üzrə 80.42 AZN omaqla cəmi 595.71 AZN və 09 fevral 2023-cü il tarixli № 01526-0710-05 saylı müqaviləyə əsasən əsas borc üzrə 415.97 AZN, gecikdirilmiş faiz üzrə 131 AZN, cərimə borcu 116.83 manat omaqla cəmi 663.80 AZN, ümümilikdə 1259.51 (bir min il doqquz manat 51 qəpik) borc və 33 (otuz üç) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, “Lombard Fəaliyətin ilə məşğul olan fərdi sahibkar voen ********** İddiaçı Cavabdeh arasında 12 aprel 2023 ci il tarixli № 01526-0710-05 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 (on iki) ay müddətinə, illik 40 (qırx) faiz dərəcəsi ilə hesablanmaqla 840 (səkkiz yüz qırx) manat məbləğində kredit və Cavabdeh arasında 09 fevral 2023 cü il tarixli № 01198-0710-02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 (on iki) ay müddətinə, illik 40 (qırx) faiz dərəcəsi ilə hesablanmaqla 673 (altı yüz yetmiş üç) manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir.Həmçinin kredit müqaviləsinin şərtlərindən biridə gecikdirilmiş borc nəticəsində cərimə borcun hesablanmasıdır.Mübahisənin məhkəmədən kənar həlli üçün kreditor səy göstərsə də borclu öz öhdəliyini bu günədəık yerinə yetirməmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh iddiaçıya 12 aprel 2023 cü il tarixli № 01526-0710-05 saylı və 09 fevral 2023 cü il tarixli № 01526-0710-05 saylı kredit müqavilələrinə əsasən 1259.51 (min iki yüz əlli doqquz) manat 51 (əlli bir) qəpik borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 33 (otuz üç) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün hesab edirəm ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33 (otuz üç) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 12 aprel 2023-cü il tarixli № 01526-0710-05 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 378 (üç yüz yetmiş səkkiz) manat 85 qəpik, gecikdirilmiş faiz üzrə 136 (yüz otuz altı) manat 44 qəpik, cərimə borcu üzrə 2 (iki) manat 42 qəpik, 09 fevral 2023-cü il tarixli № 01526- 0710-05 saylı müqaviləsinə əsasən əsas borc üzrə 415 (dörd yüz on beş) manat 97 qəpik, gecikdirilmiş faiz üzrə 131 (yüz otuz bir) manat, cərimə borcu 02 (iki) manat.83 qəik, cəmi 1067 (min altmış yeddi) manat 51 (əlli bir) qəpik məbləğdə borc və dövlət rüsumu üçün ödənilmiş 33 (otuz üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-176/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-176/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver