Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-177/2024 05.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi X1 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB-nin nümayəndəsi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz' İBnin X6 İstismarı İdarəsinə dəymiş 145,40 manat maddi ziyanın, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 175,80 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ**********00000 01944, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, 3AN:AZ90AİİB3802 **********642138 saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi X2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizələrini müdafiə etdiklərini, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini bildirib, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı İB-nin nümayəndəsi X2 iddia ərizəsində göstərmişdi ki, 04 yanvar 2023-cü il tarixində Cavabdeh Astara rayonu, Kakalos kənc ərazisində idarə etdiyi “Mercedes Benz” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişan avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X8 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=76 mm-li polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmışdır. Qəz nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyəti komissiya tərfində müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində “Azəriqa; İB-nin Lənkəran RQİİ-yə 145,40 (yüz qırx beş manat, qırx qəpik) manat zərər dəymişdir. Astara rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-65/2-150841 sa> məktubundan görünür ki, Astara rayonu, Kakalos kəndində yaşayan Cavabdeh Yus oğlu idarə etdiyi “Mercedes Benz” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobili yo nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Astara raya Polis Şöbəsi tərəfindən tərtib edilmiş 26 yanva 2023-cü il tarixli İXP ******* saylı inzibə xəta haqqında protokoldan görünür ki, Astara rayonu, Kakalos kəndində yaşayan X5 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı 12-BG-14 dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibe protokol tərtib edilmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 26 yanvar 202: cü il tarixli İXP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür 1 avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimə edilmə haqqında tənbe növü tətbiq edilmişdir.Lənkəran RQİİ-nin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda görünür ki, Astara rayonu Kakalos kəndində xx.xx.2023cü il tarixində “Mercedes Ben markalı,**-BG-*** dövlət nömrə nişanlı avtomobili tərəfindən yol nəqliyyat hadisə törədilməsi nəticəsində yolun kənarı ilə keçən X6 İstismarı İdarəsin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=Jfti^nr^li^ qaz xətti mexanizərbəyə məruz qalaraq deformasiyaya uğramış, nəticədə qaz xətti yararsız hala düşmüş, gecə saat 02:05-dən saat 02:35ə qədər təbii qaz havaya axmışdır. X6 İstismarı İdarəsinə dəymiş 145,40 manat maddi ziyanın, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 175,80 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ**********00000 01944, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, 3AN:AZ90AİİB3802 **********642138 saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Astara Rayon Polis şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Astara rayonu, Kakalos kənd sakini Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı **-BG-*** d.q.n avtomobil ilə etdiyi qəza ilə bağlı, Astara RPŞ-nin TB-nin qərarı əsasında Astara DYPB-də barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsinə əsasən İXP ******* saylı protokol tərtib olunmuşdur.Məlumat üçün bildirilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə cəriməni ödəmişdir. İş materiallarında olan qaz xəttinin zədələnməsinə görə dəymiş ziyanın hesablanması cədvəlindən müəyyən edilir ki, cəmi 145,40 manat zərər hesablanmışdır. İş materiallarında olan Lənkəran RQİİ-nin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Astara rayonu Kakalos kəndində xx.xx.2023-cü il tarixində “Mercedes Ben markalı,**-BG-*** dövlət nömrə nişanlı avtomobili tərəfindən yol nəqliyyat hadisə törədilməsi nəticəsində yolun kənarı ilə keçən X6 İstismarı İdarəsin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=76 mm-lik qaz xətti mexaniki zərbəyə məruz qalaraq deformasiyaya uğramış, nəticədə qaz xətti yararsız hala düşmüş, gecə saat 02:05-dən saat 02:35ə qədər təbii qaz havaya axmış və dərhal qaz təminatı 02:35-də dayandırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, 04 yanvar 2023-cü il tarixində Cavabdeh Astara rayonu, Kakalos kənc ərazisində idarə etdiyi “Mercedes Benz” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişan avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X8 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=76 mm-li polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmış və nəticədə İddiaçı İB-nə 145,40 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidməh haqqı məbləğində pul vəsaiti alınıb cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 145 (yüz qırx beş) manat 40 qəpik maddi ziyan, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 qəpik xidməh haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı İB-nin X6 İstismarı İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN **********, MH AZ37NABZ********************, SVVİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB3802**********642138 saylı hesabına ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 145 (yüz qırx beş) manat 40 qəpik maddi ziyan, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 qəpik xidməh haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı İB-nin X6 İstismarı İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN ********** , MH AZ37NABZ********************, SVVİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB3802**********642138 saylı hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-177/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-177/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver