Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-178/2023 14.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı böyük icra məmuru X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, zədələnmiş elektron vasitənin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğdə pulun alınaraq X1 hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı böyük icra məmuru X5 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(018)- 210/2021 sayli hökmü ilə Astara rayonunun, Təngərüd kəndində anadan olmuş, Astara rayonu,Təngərüd kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh (FİN:xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzani icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcalləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Cavabdeh cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülməsi qərara alınmışdır. Cavabdeh üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonunun,Təngərüd kəndində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(018)-210/2021 sayli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə şöbədə icraata götürülmüş və məhkum Cavabdeh barəsində 06/2022 saylı şəxsi iş açılmışdir.Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə qanunvericiliyin tələblərinə uyğun qeydiyyata götürülmüşdür. Şöbədə qeydiyyata götürülən zaman məhkum Cavabdeh hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmiş, hökmlə üzərinə qoyulmuş vəzifələri və bu vəzifələrin yerinə yetirilməsindən boyun qaçırılmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazin üzərindən çıxarılmasının yolverilməzliyi,habelə elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə ona xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixdə ona elekron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Cavabdeh 1 ədəd 35654843 nömrəli mobil qurğu, 1 ədəd 078CE28945 nömrəli elektron qolbağ və 1 ədəd mobil qurğu üçün nəzərdə tutulmuş enerji adapteri təhvil verilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(018)-81/2022 saylı qərarına əsasən məhkum Cavabdeh yaşayış yeri Astara şəhəri,Səməd Vurğun küçəsi, ev 1, mənzil 31-dən Astara rayonunun, Təngərüd kəndində yerləşən, xalasi X3 yaşadığı evə dəyişdirilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə gələrək xx.xx.2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus olan Astara rayonunun, Təngərüd kəndində yerləşən torpaq sahəsində işləyən zaman elektron qolbağı ehtiyatsızlıqdan zədələdiyini bildirmişdir. Tərəflərindən Cavabdeh tətbiq edilmiş elektron qolbağa baxış keçirilən zaman onun kəmərinin qırılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, D- 8/115 saylı məktuba əsasən məhkum Cavabdeh tətbiq edilmiş “ATTENTİ” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Odur ki, Cavabdeh zədələnmiş elektron vasitəsinin dəyərini təşkil edən 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq X2 ərizəyə əlavə edilmiş müvafiq hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, dəymiş zərəri ödəməyə razıdır, lakin maddi imkanı yaxşı olmadığı üçün zərəri birdəfəyə ödəyə bilmir. Qətnamə qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı böyük icra məmuru X4 və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1(018)-210/2021 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ED-M-№96-21 saylı qiymətləndirmə məktubundan görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tətbiq edilmiş elektron qolbağa baxış keçirilən zaman onun kəmərinin qırılması müəyyən edilmişdir. Məhkum Cavabdeh tətbiq edilmiş “ATTENTİ” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli və Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınıb X1 M/H:AZ41NABZ******************** VÖEN:**********, KOD:210005 SWİFT:CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi H/H:AZ66CTRE********************, VÖEN:********** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 qəpik məbləğində pul vəsaiti alınıb X1 M/H: AZ41NABZ******************** VÖEN:**********, KOD:210005 SWİFT:CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi H/H:AZ 66CTRE********************, VÖEN:********** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-178/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-178/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver