Məhkəmə qərarları › İş №2(018)-184/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-184/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-184/2023 16.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 n iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X5 Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə» iddia verərək Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14201 (on dörd min iki yüz bir) manat, 10 (on) qəpik əsas kredit borcu, 2269 (iki min iki yüz altmış doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu, 366 (üç yüz altmış altı) manat, 09 (doqquz) qəpik cərimə olmaqla, cəmi 16836 (on altı min səkkiz yüz otuz altı) manat, 97 (doxsan yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı ASC-nin nümayəndəsi X4 imzaladığı iddia ərizəsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli, CC/88529/83/11 nömrəli kredit sazişinə (kredit müqaviləsinə) əsasən bank borcluya 48 ay müddətinə illik 23% olmaqla 15000 (on beş min) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 11 dekabr 2022-ci il tarixə Cavabdeh 14201 (on dörd min iki yüz bir) manat, 10 (on) qəpik əsas kredit borcu, 2269 (iki min iki yüz altmış doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu, 366 (üç yüz altmış altı) manat, 09 (doqquz) qəpik cərimə olmaqla, cəmi 16836 (on altı min səkkiz yüz otuz altı) manat, 97 (doxsan yeddi) qəpik borcu yaranmışdır. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 141 (bir yüz qırx bir) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Sumqayıt filalı ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli CC/88529/83/11 nömrəli kredit sazişindən və 24 noyabr 2021-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 23% olmaqla 15000 (on beş min) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 24 noyabr 2021-ci il tarixli CC/88529/83/11 nömrəli kredit sazişi üzrə orta aylıq ödəniş məbləği təqribən 480 (dörd yüz səksən) manat, 77 (yetmiş yeddi) qəpik təşkil etmişdir. Mülki işə əlavə edilmiş 11 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli CC/88529/83/11 nömrəli müqaviləyə əsasən 14201 (on dörd min iki yüz bir) manat, 10 (on) qəpik əsas kredit borcu, 2269 (iki min iki yüz altmış doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu, 366 (üç yüz altmış altı) manat, 09 (doqquz) qəpik cərimə olmaqla, cəmi 16836 (on altı min səkkiz yüz otuz altı) manat, 97 (doxsan yeddi) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 27 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 14201 (on dörd min iki yüz bir) manat, 10 (on) qəpik əsas kredit borcu, 2269 (iki min iki yüz altmış doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu, 366 (üç yüz altmış altı) manat, 09 (doqquz) qəpik cərimə olmaqla, cəmi 16836 (on altı min səkkiz yüz otuz altı) manat, 97 (doxsan yeddi) qəpik borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 366 (üç yüz altmış altı) manat, 09 (doqquz) qəpik cərimə azaldılaraq 50 (əlli) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 24 noyabr 2021-ci il tarixli CC/88529/83/11 nömrəli kredit sazişi üzrə cavabdehdən 366 (üç yüz altmış altı) manat, 09 (doqquz) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 50 (əlli) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli CC/88529/83/11 nömrəli kredit sazişinə əsasən bank borcluya 48 ay müddətinə illik 23% olmaqla 15000 (on beş min) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 141 (bir yüz qırx bir) manat dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli CC/88529/83/11 nömrəli kredit sazişi (kredit müqaviləsi) ləğv edilsin. Cavabdeh 14201 (on dörd min iki yüz bir) manat, 10 (on) qəpik əsas kredit borcu, 2269 (iki min iki yüz altmış doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik faiz borcu, 50 (əlli) manat cərimə olmaqla, cəmi 16520 (on altı min beş yüz iyirmi) manat, 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar