Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-186/2024 29.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinə və sahibliində olan yaşayış evinə daxil olmaya törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmsil etdiyi şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və sahibliyində olan yaşayış evinə daxil olmaya törədilən maneələrin aradan qaldırılması, cavabdehlər X1 və X2 həmin mülkiyyətə daxil olmanın qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsini müdafə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini belə əsaslandırmışdı ki, təmsil etdiyi şəxs İddiaçı mülkiyyətində Astara rayonu Təngərüd kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaqda yerləşən sahibliyində olan ikimərtəbəli yaşayış evi vardır. Yaşayış evi yarımçıq olduğu üçün həmin evə çıxarış alınmamışdır. Həmin torpaq sahəsi və yaşayış evi onun ana babasına məxsus olmuşdur. Anası vərəsəlik yolu ilə həmin miras əmlakı əldə etmişdir. Sonradan onu İddiaçı bağışlamışdır. Hal - hazırda torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə girə bilmir. Cavabdehlər X3 və X5 ona öz mülkiyyətinə daxil olmağa imkan vermirlər. Onlar həyətdə olan ikimərtəbəli yaşayış evini anbara çevirmiş və onun otaqlarına mandarin yeşikləri yığmışlar. Cavabdehlərdən həmin torpaq sahəsinə girməməyi və yaşayış evindən qanunsuz olaraq istifadə etməməyi tələb etsədə onlar buna əməl etmirlər. Əksinə bir mülkiyyətçi kimi ona öz mülkiyyətindən azad şəkildə istifadə etməyə imkan vermirlər. İddiaçı gələcəkdə başqa xoşagəlməz hadisələrin baş verməməsi, baş verəcək cinayət hadisəsinin qarşısını almaq məqsədi ilə bu məsələni hüquq - mühafizə orqanlarına müraciət etmək yolu ilə həll etmək istəyir. Çünki cavabdehlər onu şantaj edərək qanunsuz hərəkət etməyə təhrik edirlər. Təmsil etdiyi şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və sahibliyində olan yaşayış evinə daxil olmaya törədilən maneələrin aradan qaldırılması, cavabdehlər X1 və X2 həmin mülkiyyətə daxil olmanın qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, həmin evi ona iddiaçının babasl satmışlar, lakin rəsmi alqı-satqı bağlamamışlar. Həmin evin bütün xərclərini onlar 32 ildir ki, çəkirlər. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 onlara qarşı verilmiş iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Astara rayon, Təngərüd kəndində yerləşən 0,19 ha yaşayış məntəqələri torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 dekabr 2023-cü il tarixli, arayışından görünür ki, İddiaçı Astara rayon Rüdəkənar kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Məhkəmədə müəyyən edildi ki, Astara rayonu Təngərüd kəndində yerləşən 0, 19 ha yaşayış məntəqələri torpaq sahəsi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir və cavabdehlər həmin torpaq sahəsi və onun üzərində yerləşən evə İddiaçı daxil olmasına maneə törədirlər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və sahibliyində olan yaşayış evinə daxil olmaya törədilən maneələr aradan qaldırılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mülkiyyətə daxil olma qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və sahibliyində olan yaşayış evinə daxil olmaya törədilən maneələr aradan qaldırılsın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mülkiyyətə daxil olma qadağan edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-186/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-186/2024
29.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver