Məhkəmə qərarları › İş №2(018)-187/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-187/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-187/2023 23.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı “Ulduz Taksi“ MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı “Ulduz Taksi “ MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vulumuş ziyana görə 4690 (dörd min altı yüz doxsan) manat məbləğində zərər pulu və və 67 (altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 4757 ((dörd min yeddi yüz elli yeddi) manat məbləğində pul iddiaçı “Ulduz Taksi “ MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Ulduz Taksi “ MMC ərizəsini onunla əsaslandırmışdır ki “Ulduz Taksi“ MMC tərəfindən qeydiyyat nişanı **-PJ-*** olan, sedan tipli, buraxılmış ili 2017, mühərrik nömrəsi 0112, BAN 029521, rəngi ağ olan “RAVON NEXSİA R3” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 21 sentyabr 2020-ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taxsi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, Cavabdeh ilə iddiaçı “Ulduz Taksi “ MMC arasında **-PJ-*** olan, sedan tipli, buraxılmış ili 2017, mühərrik nömrəsi 0112, BAN 029521, rəngi ağ olan “RAVON NEXSİA R3” marka modelli xidməti avtomaşının 21 sentyabr 2020-ci il tarixindən verildiyi vaxtadan 29( iyirmi doqquz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PJ-*** qeydiyyat nişanlı avtomobil 28 oktyabr 2020-ci il tarixində Astara rayonu, Şahağacı kəndi ərazisində hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Qəzanın Cavabdeh ucbatından törədildiyi Astara RPŞ DYPB-nin xx.xx.2020 tarixli protokolunda öz əksini tapmışdır. Bu yol hadisəsi səbəbindən nəticədə cavabdeh idarə etdiyi avtomaşına xeyli miqdarda ziyan vurmuşdur. “Ulduz Taksi “ MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən dəfələrlə sürücü Cavabdeh müraciət edilərək, cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsi tələb edilsə də o məqsədli şəkildə avtomaşına və cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etdiyini bildirmişdir. Odur ki, Cavabdeh avtomobilə vulumuş ziyana görə 4690 (dörd min altı yüz doxsan) manat məbləğində zərər pulu və və 67 (altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 4757 ((dörd min yeddi yüz elli yeddi) manat məbləğində pul iddiaçı “Ulduz Taksi “ MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Ulduz Taksi “ MMC ilə borclu Cavabdeh arasında 21 sentyabr 2020-ci il tarixdə **-PJ-*** olan, sedan tipli, buraxılmış ili 2017, mühərrik nömrəsi 0112, BAN 029521, rəngi ağ olan “RAVON NEXSİA R3” marka modelli xidməti avtomaşının 21 sentyabr 2020-ci il tarixindən verildiyi vaxtadan 29 (iyirmi doqquz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. 22 iyun 2017-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, **-PJ-*** olan, sedan tipli, buraxılmış ili 2017, mühərrik nömrəsi 0112, BAN 029521, rəngi ağ olan “RAVON NEXSİA R3” marka modelli xidməti avtomaşının qiyməti 13800 manatdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 67 (altmış yeddi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4690 (dörd min altı yüz doxsan) manat məbləğində vurulmuş zərər və və dövlət rüsumu üçün ödənilmiş 67 (altmış yeddi) manat, cəmi 4757 ((dörd min yeddi yüz elli yeddi) manat məbləğində pul vəsaiti iddiaçı “Ulduz Taksi “ MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar