Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-187/2024 23.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «pul» barədə iddia verərək, Cavabdeh 1100 (min yüz) manat borcu və 31 (otuz bir) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, o, yaxın tanışı vasitəsilə tanış olduğu iş üzrə Cavabdeh ehtiyyacı olduğu üçün xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat borc pul vermişdir. Cavabdehlə aralarında borc ilə bağlı şifahi razılamşa ondan ibarət olmuşdur ki, o həmin borcu ən geci 1 (bir) ay müddətində mənə geri qaytaracaq. O, cavabdehə inanmış və ailə vəziyyəti ilə bağı ehtiyacını nəzərə alaraq ona borc vermişdir. Cavabdeh öz xətti və imzası ilə ondan pulun alınması faktını təsdiq etmiş və bu barədə qəbz vermişdir. Həmin vaxtdan bir neçə gün sonra cavabdeh ondan əlavə 100 manat borc pul istəmiş və ümumilkdə 1100 manat borcu bir yerdə qaytaracağını vəd vermişdir. O, yenə inanmış və Qazax r-nu, H.Əliyev prospektində yerləşən 01011 nömrəli Milli Ön elektron ödəmə terminalı vasitəsi ilə 2022-ci ildə cavabdehin Kabital Bank ASC-də olan bank kart hesabına əlavə 100 (yüz) manat {əməliyyat nömrəsi: ********** ) borca pul göndərmişdir. Beləliklə, cavabdehə ümumilkdə 1100 AZN (bir min yüz manat) borc pul vermişdir. Cavabdeh ondan götürdüyü borc puldan indiyədək heç bir məbləğ geri qaytarmamışdır. Belə ki, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan boyun qaçırır. O, həmin borcu ondan tələb edir. Yuxarıda qeyd olunan bütün hallar işin mübahisə olunmayan tərəfləridir. İş üzrə Cavabdeh 1100 AZN (bir min yüz manat) məbləğində borc pulun və ödənilmiş 31 AZN (otuz bir manat) dövlət rüsumunun-ümumilikdə 1131 AZN (bir min yüz otuz bir manat) məbləğində pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli götürülmüş borc pulun qaytarılması haqqında qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1000 (min) manat məbləğində borc pul almış və 1 ay müddətinə xx.xx.2022-ci il tarixədək müddətə pulu qaytaracağı öhtəliyini götürmüşdür. İş materiallarında olan əlavə olunmuş 01011 nömrəli Milli Ön elektron ödəmə terminalının qəbzindən görünür ki, İddiaçı cavabdehin Kabital Bank ASC-də olan bank kart hesabına 100 (yüz) manat {əməliyyat nömrəsi: **********) pul göndərmişdir. Mülki işin materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Abunə müqaviləsinin 4.1-ci maddəsinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyən olunan digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün hesab edirəm ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-187/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-187/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver