Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-189/2023 20.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «372 (üç yüz yetmiş iki) manat, 15 (on beş) qəpik məbləğində borcun ödənilməsinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh qarşı «372 (üç yüz yetmiş iki) manat, 15 (on beş) qəpik məbləğində borcun ödənilməsinə dair» iddia verərək, Cavabdeh 29 dekabr 2022-ci il tarixə kimi istehlak etdiyi 341 (üç yüz qırx bir) manat, 75 (yetmiş beş) qəpik debitor borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının, cəmi 372 (üç yüz yetmiş iki) manat, 15 (on beş) qəpik məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Lənkəran X4 İdarəsinin Astara rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********06900 olmaqla, 14 yanvar 2016-cı il tarixli, 14447 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Astara rayonu, Şahağacı kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə 29 dekabr 2022-ci il tarixə 341 (üç yüz qırx bir) manat, 75 (yetmiş beş) qəpik məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən iddiaçıya 341 (üç yüz qırx bir) manat, 75 (yetmiş beş) məbləğində borcu olduğu barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, borcunu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı İB məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 14 yanvar 2016-cı il tarixli, 14447 saylı nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, Cavabdeh keyfiyyətli qazla təmin edilmiş və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməli idi. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, Cavabdeh 341 (üç yüz qırx bir) manat, 75 (yetmiş beş) qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 dekabr 2022-ci il tarixə kimi istehlak etdiyi 341 (üç yüz qırx bir) manat, 75 (yetmiş beş) qəpik debitor borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqısı olmaqla, cəmi 372 (üç yüz yetmiş iki) manat, 15 (on beş) qəpik məbləğində pul vəsaiti tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-189/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-189/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver