Məhkəmə qərarları › İş №2(018)-199/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-199/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-199/2025 27.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 1500 (min beş yüz) manat, dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat və rəyin alınması üçün ödənilmiş 70 (yetmiş) manat pul vəsaitinin alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, ailə ehtiyacını təmin etmək məqsədilə iri-buynuzlu malqara saxlayır. xx.xx.2024-cü il tarixdə baytar həkimi kimi özünü təqdim edən Astara rayonu, Artupa kəndində yaşayan Cavabdeh dəvət etmiş, o da gəlib heyvana baxmışdır. İnəyə Butadet iynəsi vurmuşdur. İynəni vurandan 48 saat keçəndən sonra ikinci iynə vurmalı olmasına baxmayaraq, bu müddəti gözləməmiş 24 saat keçəndən sonra Prateks adlı iynəni vurmuş, nəticədə inək ölmüşdür. Cavabdeh öz səhvini başa düşmüş və inək onun günahı üzündən tələf olunduğdan ölmüş inəyin cəsədini götürüb aparmış və vədd vermişdi ki, inəyin əvəzinə inək alıb verəcəkdir. O da razılaşmışdır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh verdiyi vədə əməl etməmiş vurmuş olduğu ziyanı ödəməkdən bəhanələrlə yayınmışdır. Odur ki, cavabdeh tərəfindən vurulmuş ziyanın tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Təfindən tələf olmuş inəyin bazar qiymətini müəyyən etməkdən ötrü "X1 Məsuliyyətli Cəmiyyətə müraciət etmişdir. Mütəxəssis tərəfindən verilmiş 30 sentyabr 2024-cü il rəydən görünür ki, tələf olmuş inəyin rəngi qaraqəhvəyidir, diri çəkisi 240 kq, yaşı 1,6 ay, cinsdəndönmə damazlıq dişi gənc inəkdir. İnəyin bazarda təklif olunan qiyməti 1500 manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirməyə görə 70 manat vəsait ödəmişdir. Cavabdeh vurulmuş zərərə görə 1500 manatın, ödənilmiş dövlət rüsumun 45 manatın və rəyə görə ödənilmiş 70 manatın alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən yəni, 500 (beş yüz) manat hissədə qəbul edərək, həmin hissədə iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan rəyi nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan damazlıq dişi gənc inəyin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, qeyd olunan qara-qəhvəyi rəngli, diri çəkisi 240 kq, yaşı 1,6 ay, cinsdəndönmə damazlıq dişi inəyin orta bazarda təklif qiyməti 1500 (min beş yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən heyvanın qiymətləndirilməsi üçün 70 (yetmiş) manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 45 (qırx beş) manat dövlət rüsumu ödənilmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. İş maerialında olan Astara RİHB-nın Ərçivan qəsəbə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 1002 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsi İƏDÜN-də qeydiyyatdadır və fərdi təsərrüfatında 10 (on) baş iri buynuzlu mal-qarası vardır. İş materialında olan Cavabdeh xx.xx.2024-cü il tarixli etirazında göstərmişdir ki, Astara rayon Ərçivan qəsəbəsi üzrə baytarlıq idarəsində işləyir. İddiaçı baytarlıq idarəsinə müraciət edərək, 4 inəyinin qızmalı halda vəziyyətinin ağır olduğunu və qan parazit (malariya) xəstəliyi olduğunu bildirmiş, həyətindəki tövlədə saxladığı həmin inəklərə baxış keçirib, müalicə edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı inəklər tanışı baytar həkim tərəfindən bundan qabaq peyvənd də edilməsini demişdir. O da tövlədəki inəklərə baxış keçirərkən, həmin 4 inəyə müalicə etmişdir. İnəklərdən biri müalicəyə tabe olmamış, inəklərin vəziyyəti ağır olmuş, biri ölmüş, qalan inəklərə müalicə etmişdir. Ölmüş inək həmin gün basdırılmışdır. İddiaçı Ekspertiza keçirilməsinə də icazə verməmişdir. O baxışa gedərkən iddiaçı inəyə iddiaçının vitamin vurduğunu görmüşdür. Baytarın məsləhəti olmadan heyvana vitamin vurmaq olmaz. Ona görə qaldırılan iddianı əssasız sayır. Odur ki, İddiaçı iddiası əsassız olduğundan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığı halda müəyyən pul məbləği qarşılığında İddiaçı təsərrüfatında olan xəstə heyvanlara müalicə aparmış, lakin müalicənin düzgün aparılmaması nəticəsində Cavabdeh təqsirinə görə İddiaçı maddi ziyan dəymişdir. Baytarlıq haqqında Azərbaycan Respublikası qanununun 5.1-ci maddəsinə görə, baytarlıq xidməti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin qanunun 5.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında baytarlıq xidməti ilə baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər. Həmin qanunun 40-cı maddəsinə görə, baytarlıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Baytarlıq haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat və mütəxəssis rəyi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Göstərilənlərə və mütəxəssis rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat dəymiş zərər, dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat və mütəxəssis rəyi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat dəymiş zərər, dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat və mütəxəssis rəyi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar