Məhkəmə qərarları › İş №2(018)-200/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-200/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-200/2024 13.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Astara Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 3 (018)-639/2023 saylı qərarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı 21 iyul 2023-cü il tarixdə saat 17:00-da idarə etdiyi “VAZ 21214” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara-Lənkəran yolunun Astara rayonu, Çayoba kəndindən keçən hissəsində hərəkətdə olduğu zaman Cavabdeh məxsus, asfalt örtüklü yolda nəzarətsiz qoyulmuş 01 baş iri buynuzlu heyvana dəymiş və nəticədə idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.Cavabdeh özünün təqsirli hərəkətləri ilə ona məxsus olan "VAZ 21214” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat ziyan vurmuş olsa da, hazırkı dövrədək dəfələrlə etdiyi tələblərə heç bir əhəmiyyət verməmiş və dəymiş ziyanı ona ödəməmişdir. İddia ərizəsinə əlavə olunmuş 08 dekabr 2023-cü il tarixli ziyan aktından da görünür ki, avtomobilinə baxış keçirilmiş, ziyan müəyyən edilmiş və aktdan görünür ki, təmir xərcləri ilə birlikdə dəymiş ziyan 250 manat təşkil edir. Hazırda həmin dəymiş ziyanın ödənilməsini qanunvericiliyinin tələblərinə riayət etməklə tələb edir. Cavabdeh tərəfindən ona məxsus olan “VAZ 21214” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 250 ziyanın və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Astara rayon məhkəməsinin 3(018)-639/2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin şəhadətmaəsdindən görünür ki, İddiaçı “Vaz 21214” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli № 3-16-16/2-9/1834/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş xx.xx.2023-cü il tarixli 110778 nömrəli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində 2015-ci il buraxılışlı, “Vaz 21214” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 250,00 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, İddiaçı 21 iyul 2023-cü il tarixdə saat 17:00-da idarə etdiyi “VAZ 21214” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara-Lənkəran yolunun Astara rayonu, Çayoba kəndindən keçən hissəsində hərəkətdə olduğu zaman Cavabdeh məxsus, asfalt örtüklü yolda nəzarətsiz qoyulmuş 01 baş iri buynuzlu heyvana dəymiş və nəticədə idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 250 (iki yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 250 (iki yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar