Məhkəmə qərarları › İş №2(018)-216/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-216/2024

19.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-216/2024 19.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəylər oğlundan 1100 (min yüz) manat məbləğində pulun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Bəylər oğlunu tanıyır. Cavabdeh Bəylər oğlu 2021-ci ildə ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və ondan 1100 (min yüz) manat borc pul istədiyini bildirdi və bir müddətdən mənə olan borcunu tam qaytaracağına söz verdi. O, 2021 -ci ilin aprel ayında 1100 (min yüz) manatı Cavabdeh Bəylər oğluna vermişdir. Cavabdeh Bəylər oğlu ona olan borcunu bu vaxta qədər qaytarmamışdır. Cavabdeh Bəylər oğluna borcunun qaytarılması ilə bağlı bildirsədə, hər dəfə ina olan rorcu qaytaracağı barədə söz versədə müxtəlif bəhanələr gətirərək bu vaxta qədər ona olan 1100 (min yüz) manat pul qaytarmamışdır.Cavabdeh Bəylər oğlunun ona olan borcu qaytarmadığını görüb onun barəsində Astara Rayon Polis Şöbəsinə 01 dekabr 2023-cü il tarixd ərizə ilə müraciət etmişdir. Astara Rayon Polis Şöbəsində bu barədə araşdırma aparılmışdır. 12 dekabr 2023-cü il tarixdə Astara Rayon Polis Şöbəsindən ərizəsinə cavab olaraq, bu borc məsələsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir.Odur ki, məcbur qalıb pulunu tələb etməkdən ötrü Astara Rayon Məhkəməsinə müraciət edir.Cavabdeh Bəylər oğlundan 1100 (min yüz) manat məbləğində pulun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, İddiaçı 2000 manat borc almış 900 manatı qaytarmış, lakin maddi imkanı olmadığına görə qaln borcu 1100 manatı qaytara bilməmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı qeyd etdiyi xüsusatlar ilə bağlı aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın yanında Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara şəhəri, N.Nərimanov küçəsi d1/37-də qeydiyyatdadır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 31 manat rüsum ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh, İddiaçı cəmi 2000 (iki min) manat qaytarmaq şərti ilə borc pul almışdır. Cavabdeh həmin borcu İddiaçı aldığını etiraf edərək, hazırda 1100 manat borcu qaldığını bildirmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənləri və cavabdehin borcu etiraf etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1100 (min yüz )manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 1100 (min yüz ) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar