Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-222/2023 18.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“ borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2022-ci il tarixli ərizənin ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, "xxxx" QSC-nin xeyrinə 6586 (altı min beş yüz səksən altı) manat, 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcu, 524 (beş yüz iyirmi dörd) manat, 24 (iyirmi dörd) qəpik məbləğində faiz borcu və 140 (bir yüz qırx) manat, 96 (doxsan altı) qəpikməbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7252 (yeddi min iki yüz əlli iki) manat, 17 (on yeddi) qəpik məbləğində borcun və ödənilmiş 92 (doxsan iki) manat, 52 (əlli iki) qəpik məbləğində dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını və iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdi. İddiaçı "xxxx" QSC iddia ərizəsində göstərmişdir ki,Cavabdeh1 "xxxx" QSC ilə 06 may 2022ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.8333% faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hiss-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh 06 may 2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 413 (dörd yüz on üç) manat, 03 (üç) qəpik manat ödəniş etmiş və onun iddiaçıya 6586 (altı min beş yüz səksən altı) manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 22 dekabr 2022-ci il tarixə 107 gün üçün hesablanmış faiz borcu 524 (beş yüz iyirmi dörd) manat, 24 (iyirmi dörd) qəpik təşkil edir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəlikləri icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Odur ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2022-ci il tarixli ərizənin ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 6586 (altı min beş yüz səksən altı) manat, 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcu, 524 (beş yüz iyirmi dörd) manat, 24 (iyirmi dörd) qəpik məbləğində faiz borcu və 140 (bir yüz qırx) manat, 96 (doxsan altı) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7252 (yeddi min iki yüz əlli iki) manat, 17 (on yeddi) qəpik məbləğində borcun və ödənilmiş 92 (doxsan iki) manat, 52 (əlli iki) qəpik məbləğində dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 may 2022-ci il tarixli 056A********** saylı ərizə əsasında aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 may 2022-ci il tarixli 056G**********01 zaminlik müqaviləsinə əsasən 06 may 2022-ci il tarixli 056A********** saylı ərizədən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 06 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka olan borcu xx.xx.2022-ci il tarixli 056A********** saylı ərizəsi üzrə 6586 (altı min beş yüz səksən altı) manat, 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcu, 524 (beş yüz iyirmi dörd) manat, 24 (iyirmi dörd) qəpik məbləğində faiz borcu və 140 (bir yüz qırx) manat, 96 (doxsan altı) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7252 (yeddi min iki yüz əlli iki) manat, 17 (on yeddi) qəpik məbləğində təşkil edir İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, cavabdehlər üzərlərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ərizə əsasında iddiaçı "xxxx" QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən ərizə əsasında kredit məbləğini və həmin ərizə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh ərizə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə ləğv edilməli,Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 6586 (altı min beş yüz səksən altı) manat 97 qəpik məbləğində kredit borcu, 524 (beş yüz iyirmi dörd) manat 24 qəpik faiz borcu, 10 (on) manat 96 qəpik cərimə borcu, cəmi 7122 (yeddi min yüz iyirmi iki) manat 17 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 52 qəpik məbləğində pul vəsaiti "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 92 (doxsan iki) manat 52 qəpik məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 6586 (altı min beş yüz səksən altı) manat 97 qəpik məbləğində kredit borcu, 524 (beş yüz iyirmi dörd) manat 24 qəpik faiz borcu, 10 (on) manat 96 qəpik cərimə borcu, cəmi 7122 (yeddi min yüz iyirmi iki) manat 17 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 52 qəpik məbləğində pul vəsaiti "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-222/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-222/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver