Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-223/2025 18.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 2134 (iki min yüz otuz dörd) manat borc pul məbləğinin ona qaytarılması və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmadığından iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır. Onların bir-birlərinə qarşı yaxşı münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə ondan 2134 (iki min yüz otuz dörd) manat borc pul isətəmişdir. O, həmin pulu verməyə razılaşmışdır və aralarında olan bu sövdələşməni (razılaşmanı) notarial qaydada rəsmiləşdirmək qərarına gəlmişlər. Bunun üçün Gəncə şəhər 2 saylı notariat kontoruna gedərək reyestrdə 3M-163 saylı icra qeydiyyatı ilə borc müqaviləsi bağlamışlar. Müqaviləyə görə cavabdeh ondan aldığı borc pulu xx.xx.2024-cü il tarixinə qaytarmalı idi. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmağa başladı. O, verdiyi pulun geri alınması üçün nə qədər cəhdlər etsə də belə, cavabdeh onun cəhdlərinə məhəl qoymur və bununla da ona maddi və mənəvi zərər yetirməkdə davam edirdi. Aralarında bağladıqları borc müqaviləsinin 9-cu bəndinə görə verdiyi pulun alınması üçün onun məhkəməyə müraciət etməsi əsaslıdır. Cavabdeh ondan aldığı 2134 (iki min yüz otuz dörd) manat borc pul məbləğinin ona qaytarılması və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 3M-163 saylı reyestr nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2134 (iki min yüz otuz dörd) manat pul borc vermiş, həmin borcu xx.xx.2024-cü il tarixədək geri qaytarmağı Cavabdeh öz öhdəsinə götürmüşdür. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edilməsi üçün 41 (qırx bir) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh 2134 (iki min yüz otuz dörd) manat borc pul vermiş, həmin borc məbləği Cavabdeh tərəfindən geri qaytarılmamışdır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 2134 (iki min yüz otuz dörd) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 41 (qırx bir) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2134 (iki min yüz otuz dörd) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 41 (qırx bir) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-223/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-223/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver