Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-230/2023 27.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan ödənilməsinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh cinayət əməli törətməklə maddi ziyana görə 8000 (səkkiz) manat maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində pul vəsaiti alınıb ona verilməsini. İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin fevral ayında işdə Cavabdeh ilə tanış olduğunu, Cavabdeh Astara rayonunun N saylı hərbi hissədə müddətdən əlavə xidmət etdiyini, çox yerlərdə tanışı olduğunu və istənilən şəxsləri hərbi sahəyə düzəldə biləcəyini ona bildirimişdir. Bununla əlaqədar ondan 8000 (səkkiz) manat almışdır. Sonradan ona məlum olmuşdur ki, Tural onu aldatmış və ondan başqa başqalarına da iş düzəltməsi ilə əlaqədar vədlər verərək pul almışdır. Şikayəti əsasında Cəlilabad Hərbi Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1-1(096)-12/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, hazırda cəzaçəkmə müəssisəsindədir. Odur ki, Cavabdeh 8000 (səkkiz) manat maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində pul vəsaiti alınıb ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş edir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Cəlilabad Hərbi Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1-1(096)- 12/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2,178.2.4, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəcəbov X1 rayonu, Vilvan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə işdə olan olan Cəlilabad Hərbi Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1-1(096)- 12/2022 saylı hökmünü nəzərə alaraq hesab edir ki, Cavabdeh 8000 (səkkiz min) manat məbləğdə vurulmuş maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğdə maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-230/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-230/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver