Məhkəmə qərarları › İş №2(018)-232/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-232/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-232/2023 20.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin Cavabdeh qarşı "xxxx" iddia verərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında 16 iyul 2021-ci il tarixli, RPZ-00023- 09/21A saylı “Nağd pul kredit müqaviləsi”-nə əsasən borclu olduğu 1138,87 (min yüz otuz səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 77,46 (yetmiş yeddi manat, qırx altı qəpik) manat məbləğində faiz borcu, 126,47 (yüz iyirmi altı manat, qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1342,80 (min üç yüz qırx iki manat, səksən qəpik) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33,43 (otuz üç manat, qırx üç) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh tutularaq «Bank VTB (Azərbaycan)» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında RPZ-00023-09/21A saylı, 16 iyul 2021-ci il tarixli “krediti müqaviləsi” bağlanmış və 24 ay müddətinə illik 25% ödəmək şərtilə 1824,64 (min səkkiz yüz iyirmi dörd manat, altmış dörd qəpik) manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 1138,87 (min yüz otuz səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 77,46 (yetmiş yeddi manat, qırx altı qəpik) manat məbləğində faiz borcu, 126,47 (yüz iyirmi altı manat, qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1342,80 (min üç yüz qırx iki manat, səksən qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

1. 16 iyul 2021-ci il tarixli RPZ-00023-09/21A saylı “pul krediti müqaviləsi”-ndən görünür ki, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25% ödəmək şərtilə 1824,64 (min səkkiz yüz iyirmi dörd manat, altmış dörd qəpik) manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh RPZ-00023-09/21A saylı kredit müqaviləsi üzrə 29 noyabr 2022-ci il tarixinə 1138,87 (min yüz otuz səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 77,46 (yetmiş yeddi manat, qırx altı qəpik) manat məbləğində faiz borcu, 126,47 (yüz iyirmi altı manat, qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1342,80 (min üç yüz qırx iki manat, səksən qəpik) manat borcu vardır.

3. Ödəniş tapşırığından görünür ki, iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 33,43 (otuz üç manat, qırx üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir

4. 18 oktyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 16 iyul 2021-ci il tarixli RPZ-00023-09/21A saylı Nağd pul krediti müqaviləsi üzrə borcu olduğu barədə “Bank VTB (Azərbaycan)” ASC tərəfindən bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 126,47 (yüz iyirmi altı manat, qırx yeddi qəpik) manat məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33,43 (otuz üç manat, qırx üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 16 iyul 2021-ci il tarixli, RPZ-00023-09/21A saylı kredit müqaviləsi üzrə 1138,87 (min yüz otuz səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 77,46 (yetmiş yeddi manat, qırx altı qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1226,33 (min iki yüz iyirmi altı manat, otuz üç qəpik) manat borc və 33,43 (otuz üç manat, qırx üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar