Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-233/2023 23.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərər 1070 (min yetmiş) manat maddi ziyanı və ödənilmiş 30 manat dövlət rüsumı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki,01 sentyabr 2021 - ci il tarixdə idarə etdiyi avtomaşınla yolda Astara rayonu Kijəbə qəsəbəsi ərazisində hərəkətdə olduğu zaman Astara rayonu Vaqo kənd sakini Cavabdeh yol hərəkət qaydasını pozaraq, onun hərəkət istiqamətinə çıxaraq,nəticədə avtomobillər toqquşmuş, onun maşını əzilmiş və nəticədə ona maddi ziyan vurmuşdur.Hadisə yerinə gəlmiş DYP əməkdaşları hadisəni qeydə almış və sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati iş başlanmış və o, 40 (qırx) manat cərimə edimişdir.Cavabdeh avtomaşına vurduğu maddi ziyanı ödəməkdən imtina edir. Maşına mütəxəssis tərəfindən baxış keçirilmiş və avtomaşına vurulmuş maddi ziyan müəyyən edilmişdir. Belək i avtomaşına aşağıdakı miqdarda maddi ziyan vurulmuşdur: Krılo sağ qabaq, dəyişdirilməlidir - qiyməti 75 manat. Bufer qabaq -65 manat, Qabaq setka - 20 manat, Fara 1 ədəd - 20 manat, Traves -90 manat, Tarelka alt. üst – 60 manat, Təkər 1 ədəd - 50 manat, Diska 1 ədəd 40 manat, Tiyaqa -30 manat, Stablizator 30 manat, Şaravoy 2 ədəd 35 manat, Amartizator 1 ədəd 30 manat, Dəmir işi - 200 manat, Rəng işi 200 manat, Podşipnik 2 ədəd - 20 manat, Panel alt - 35 manat, “Sökülüb – yığılma -70 manat, Turbo butor - 480 manat, Cəmi: 1070 (bir min yetınin) manat, Cəmi vurulmuş ziyanın miqdarı 1070 (bir min yetmiş) manat təşkil edir. Cavabdeh X1 vurulmuş zərər 1070 (min yetmiş) manat maddi ziyanı və ödənilmiş 30 manat dövlət rüsumı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, dəymiş zərəri sığorta ödəməlidir. İddiaçı sığorta şirkətini məhkəməyə verməlidir. Qətnamə qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, Astara Rayon Məhkəməsinin qərarı ilə 80 manat cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2782 nömrəli rəyindən görünür ki, iş materiallarında olan “Lənkəran Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1984-cü il buraxılışlı “VAZ 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1070,0 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, 01 sentyabr 2021- ci il tarixdə idarə etdiyi avtomaşınla yoldaAstararayonuKijəbəqəsəbəsi ərazisində hərəkətdə olduğu zaman Astara rayonu Vaqo kənd sakini X2 yol hərəkət qaydasını pozaraq, onun hərəkət istiqamətinə çıxaraq, nəticədə avtomobillər toqquşmuş, onun maşını əzilmiş və nəticədə ona maddiziyan vurmuşdur. Qəza nəticəsində avtomobilə 1070,0 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 1070 (min yetmiş) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 40 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1070 (min yetmiş) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-233/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-233/2023
23.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver