Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-241/2023 01.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Ramil Heydərov cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tələbinə dair» iddia verərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada əsas borc üzrə 2455 (iki min dörd yüz əlli beş) manat, 35 qəpik, faiz borc üzrə 285 (iki yüz səksən beş) manat, cərimə borcuna görə 0,00 (sıfır) manat, cəmi 2740 (iki min yeddi yüz qırx) manat, 35 qəpik məbləğində borcun, həmçinin ödənilmiş 47 (qırx yeddi) manat, 41 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" MMM QBKT ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 20 may 2021-ci il tarixli, **********0290 saylı, kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 30% dərəcəsi olmaqla 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-*******, **********0***-******* saylı zaminlik müqavilələri üzrə Cavabdeh3 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 15 dekabr 2022-ci il tarixində olan Maliyyə arayışına əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əsas borc üzrə 2455 (iki min dörd yüz əlli beş) manat, 35 qəpik, faiz borcuna görə 285 (iki yüz səksən beş) manat, cərimə borcuna görə 0,00 (sıfır) manat, cəmi 2740 (iki min yeddi yüz qırx) manat, 35 qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 47 (qırx yeddi) manat, 41 qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında bağlanılmış 20 may 2021-ci il tarixli, **********0290 saylı kredit müqaviləsindən görünür ki, 4000 (dörd min) manat məbləği illik 30% dərəcəsi olmaqla və 24 ay müəyyən olunmuş və borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 20 may 2021-ci il tarixli, **********0***-*******, **********0***- ******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 20 may 2021-ci il tarixli, **********0290 saylı kredit müqaviləsi üzrə kredit alan ilə birgə kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 20 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 15 dekabr 2022-ci il tarixə 2455 (iki min dörd yüz əlli beş) manat, 35 qəpik əsas borc, 285 (iki yüz səksən beş) manat faiz borcu və 0,00 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2740 (iki min yeddi yüz qırx) manat, 35 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47 (qırx yeddi) manat, 41 qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 2455 (iki min dörd yüz əlli beş) manat, 35 qəpik əsas borc, 285 (iki yüz səksən beş) manat faiz borcu, ümumilikdə cəmi 2740 (iki min yeddi yüz qırx) manat 35 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 47 (qırx yeddi) manat 41 qəpik məbləğində pul tutulub iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-241/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-241/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver