Məhkəmə qərarları › İş №2(018)-252/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-252/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-252/2023 20.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının Cavabdeh Balakşi qızına qarşı arşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh Balakşi qızına qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, Cavabdeh Balakşi qızından 02 sentyabr 2019-cu il tarixli, **********0319 saylı kredit müqaviləsi üzrə 2145,77 (iki min yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat əsas borc, 35,52 (otuz beş manat, əlli iki qəpik) manat faiz borcu, cəmi 2181,29 (iki min yüz səksən bir manat iyirmi doqquz qəpik) manat pulun və 41,82 manat dövlət rüsumunun alınıb «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatın ilə Cavabdeh Balakşi qızı arasında 02 sentyabr 2019-cu il tarixli, **********0319 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 60 ay müddətinə, illik 1 faiz olmaqla 2145,77 (iki min yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat kredit verilmişdir. Lakin, Cavabdeh Balakşi qızı kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də 02 sentyabr 2019-cu il tarixli, **********0319 saylı kredit müqaviləsi üzrə 2145,77 (iki min yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat əsas borc, 35,52 (otuz beş manat, əlli iki qəpik) manat faiz borcu, cəmi 2181,29 (iki min yüz səksən bir manat iyirmi doqquz qəpik) manat pulun və 41,82 (qırx bir manat, səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır.

1. «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh Balakşi qızı arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli **********0319 saylı kredit müqaviləsi üzrə 2145,77 manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh Balakşi qızına verilmişdir.

2. «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Balakşi qızının banka 02 sentyabr 2019-cu il tarixli, **********0319 saylı kredit müqaviləsi üzrə 2145,77 (iki min yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat əsas borc, 35,52 (otuz beş manat, əlli iki qəpik) manat faiz borcu, cəmi 2181,29 (iki min yüz səksən bir manat iyirmi doqquz qəpik) manat pul borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 41,82 (qırx bir manat, səksən iki qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 41,82 (qırx bir manat, səksən iki qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh Balakşi qızından 02 sentyabr 2019-cu il tarixli, **********0319 saylı kredit müqaviləsi üzrə 2145,77 (iki min yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat əsas borc, 35,52 (otuz beş manat, əlli iki qəpik) manat pulun və 41,82 (qırx bir manat, səksən iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatına ödənilsin. 2.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar