Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-262/2023 19.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərər 1860 (bir min səkkiz yüz altımış) manat və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunu alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, 23 noyabr 2022-ci il tarixdə özünə məxsus olan "X2” markalı 90VL807 dövlət qeydiyyat nişanlı avtomobillə saat 18:30 radələrində Astara rayonu, Şiyəkəran kənd yolunda hərəkət edərkən sonradan adını bildiyi Şahağacı kənd sakini Cavabdeh bir baş iribuynuzlu heyvanını nəzarətsiz qoyulduğundan, heyvan yolun asfalt örtüyünə çıxaraq onun idarə etdiyi avtomaşına dəymişdir. Qəza nəticəsində avtomobilinə 1860 manat dəyərində ziyan dəymişdir. Hadisə yerinə Astara rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları gəlmiş hadisə yerinə baxış keçirilmiş Protokol və yol Nəqliyyat hadisənin sxemi tərtib edilmişdir. Cavabdeh bir baş iribuynuzlu heyvanı nəzarətsiz qoyduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İnzibati Xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Astara rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(018)-972/2022 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat inzibati cərim edilmişdir. Məhkəmədə inzibati isə baxılarkən cavabdeh Çiçək Nəsirov izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus bir baş iribuynuzlu heyvanın səhər saatlarında otlaq sahəsinə apardığını və otla sahəsində nəzarətsiz saxladığını etiraf etmişdir. Avtomaşına vurulmuş ziyanın məbləğini müəyyən etmək üçü mütəxəssis tərəfindən baxış keçirilmişdir. 6 nömrəli ATXB-nin ustası Ram Məmmədov tərəfindən verilmiş rəydən görünür ki, avtomaşına 1200 manat məbləğində ziyan vurulmuşdur. Mən mütəxəssiin verdiyi bu rəylə razı deyil. Belə ki, avtomaşını, patpresi, kapotu, farası, güzgüsü, su radiaton intemulyer hava filteri, torbin kallektoru, salerka filteri, radiatorun üst qapağı, buferi, qabaq setkası, krilası, pavarotnik, patpresin plastmasları tamamilə əzilmiş sıradan çıxmışdır. Həmin hissələr dəyişdirilməlidir. Onları qiymətləri 1410 manat edir. Rəng işinə görə 200 manat, dəmirçi işinə göı 250 manat ustaya pul ödənilməlidir. Beləliklə hadisə nəticəsində maşının: 1860 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh vurulmuş zərər 1860 (bir min səkkiz yüz altımış) manat və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunu alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hadisə zamanı ona da ziyan dəyib heyvanı ölüb.. O da ziyanını tələb edir. Qətnamə qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdehnu dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, Astara Rayon Məhkəməsinin 3(018)-972/2022 saylı qərarı ilə 80 manat cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1942 nömrəli rəyindən görünür ki, iş materiallarında olan “Lənkəran Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-cı il buraxılışlı “X2” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1150,0 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 23 noyabr 2022-ci il tarixdə İddiaçı özünə məxsus olan "X2” markalı 90VL807 dövlət qeydiyyat nişanlı avtomobillə saat 18:30 radələrində Astara rayonu, Şiyəkəran kənd yolunda hərəkət edərkən Şahağacı kənd sakini Cavabdeh bir baş iribuynuzlu heyvanını nəzarətsiz qoyulduğundan, heyvan yolun asfalt örtüyünə çıxaraq idarə etdiyi avtomaşına dəymişdir. Qəza nəticəsində avtomobilə 1150 (min yüz əlli) manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana 1150 (min yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 40 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1150 (min yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-262/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-262/2023
19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver