Məhkəmə qərarları › İş №2(018)-265/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-265/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-265/2023 28.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4389,06( dörd min üç yüz səksən doqquz) manat, 06 (altı) qəpik məbləğində əsas borcun və dövlət rüsumu olaraq 64 (altmış dörd) manat alınaraq İddiaçıMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini edərək, iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 4389,06( dörd min üç yüz səksən doqquz) manat, 06 (altı) qəpik məbləğində pulu tam ödəməyi öz üzərinə götürmüşdür. Maliyyə arayışından məlum olur ki, Cavabdeh 01 dekabr 2022-ci il tarixinə İddiaçı MMC-nə yekun olaraq 4389,06( dörd min üç yüz səksən doqquz) manat, 06 (altı) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 4389,06( dörd min üç yüz səksən doqquz) manat, 06 (altı) qəpik məbləğində əsas borcun və dövlət rüsumu olaraq 64 (altmış dörd) manat pulun alınaraq İddiaçıMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddianı qəbul edir, lakin maddi imkanı yaxşı olmadığı üçün borcunu ancaq hissə-hissə ödəyə bilər.Qətnamə çıxaran zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 26 iyul 2022-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış və Cavabdeh 4389,06( dörd min üç yüz səksən doqquz) manat, 06 (altı) qəpik borcu olduğunu etiraf etmişdir. Hazırda Cavabdeh İddiaçı MMC yə olan borc məbləği 4389,06( dörd min üç yüz səksən doqquz) manat, 06 (altı) qəpik məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2022- ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “Oba Market" MMC tərəfindən iddia ərizəsinə görə 64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 (altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4389 (dörd min üç yüz səksən doqquz) manat 06 qəpik və dövlət rüsumu üçün ödənilmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti alınıb İddiaçı MMCnə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 4389 (dörd min üç yüz səksən doqquz) manat 06 qəpik və dövlət rüsumu üçün ödənilmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti alınıb İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar