Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-274/2023 08.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanmış 012CASA191930001 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər X5 və X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 9349,47 manat məbləğində əsas kredit borcu, 4,22 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 9353,69 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 113,54 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə bağlanmış 012CASA191930001 saylı xx.xx.2019-cu il tarixli güzəşətli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 13098,06 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 012FİZAM48589202 saylı zaminlik müqavilələrinə əsasən, o, kreditmüqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyətlərini öz üzərlərinə götürmüşlər. Lakin, güzəştli kredit müqaviləsinə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin 27 dekabr 2022-ci il tarixə İddiaçı ASC-yə 9349,47 manat məbləğində əsas kredit borcu, 4,22 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 9353,69 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət olunmağına baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanmış 012CASA191930001 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər X5 və X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 9349,47 manat məbləğində əsas kredit borcu, 4,22 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 9353,69 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 113,54 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X2 dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 012CASA191930001 saylı xx.xx.2019-cu il tarixli güzəşətli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtiilə13098,06AZN məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş ödəniş qrafikinin surətində görünür ki, İddiaçı ASC tərəfindən 012CASA191930001 saylı xx.xx.2019-cu il tarixli güzəşətli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 13098,06 AZN məbləğində kredit verilib və aylar üzrə ödəniş məbləğləri müəyyən olunub. İşə əlavə olunmuş xx.xx.2022-ci il gtarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 27 dekabr2022-ciiltarixə"xxxx"ASC-yə9349,47manatməbləğindəəsas kredit borcu, 4,22 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla,cəmi 9353,69 manat məbləğində borcu yaranmışdır. İşə əlavə olunmuş ödəniş qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı ASC tərəfindən iddia ərizəsinə görə 113 (yüz on üç) manat 54 qəpik dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi əsasında İddiaçıSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.3-cü maddəsinin tələbinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan hissənin 1%-i məbləğində rüsum ödənilir. Belə ki sözü gedən iddia ərizəsilə bağlı iddiaçı tərəfindən 113 (yüz on üç) manat 54 qəpik məbləğində dövlət rüsumu ödənilib. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012CASA191930001 saylı güzəştli kredit müqaviləsi ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 9349 (doqquz min üç yüz qırx doqquz) manat 47 qəpik əsas borc, faiz borcu üzrə 4 (dörd) manat 22 qəpik, cəmi 9353 (doqquz min üç yüz əlli üç) manat 69 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 113 (yüz on üç) manat 54 qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012CASA191930001 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 9349 (doqquz min üç yüz qırx doqquz) manat 47 qəpik əsas borc, faiz borcu üzrə 4 (dörd) manat 22 qəpik, cəmi 9353 (doqquz min üç yüz əlli üç) manat 69 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 113 (yüz on üç) manat 54 qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-274/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-274/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver