Məhkəmə qərarları › İş №2(018)-28/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-28/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-28/2025 15.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMCnə qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən cinayət nəticəsində X921BX102 dövlət qeydiyyat nişanlı "MİTSUBİSHİ L200" markalı avtonəqliyyat vasitəsinə vurulmuş 31500 (otuz bir min beş yüz) manat, 200 (iki yüz) manat nümayəndəyə, vəkilə və 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərmişdi ki, hüquqlarını müdafiə etdiyi iddiaçı Mühəndis-Texnologiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə iştirakçısı 26 dekabr 2016-cı il tarixli 5 saylı qərarı əsasında hüquqi şəxsdir, Nizamnamə əsasında fəaliyyət göstərir. MMC-nin balansında kifayət qədər nəqliyyat vasitələri var və hazırkı iş üzrə cavabdehlərdən olan Cavabdeh1 avtomobili idarə edərkən, ehtiyatsızlıqdan zərərçəkmiş M.Q.Kuznetsovanın sağlamlığına ağır zərərin vurulmasına səbəb olan yol hərəkəti qaydalarını aşağıdakı vəziyyətdə pozmuşdur: 11.09 2023-cü ildə saat 23:55 radələrində Cavabdeh1 “99ZY101” dövlət qeydiyyat nişanlı “SCHMTZ SKO 24" yarımqoşqusu olan “99LY101” dövlət qeydiyyat nişanlı texniki saz “Volvo FHA3C” avtomobili idarə edərək, "Həştərxan-Koçubey-Kizlyar-Mahaçqala” P-215 avtomobil yolu ilə Krasniye Barrikadı f.q. tərəfindən Həştərxan şəhər istiqamətində hərəkət etdiyi vaxt getdiyi yolda. RF Hökumətinin Nazirlər Şurasının 23 oktyabr 1993-cu il tarixli 1090 saylı “Yol hərəkəti qaydaları haqqında" Qərarı ilə təsdiq edilmiş Rusiya Federasiyası Yol Hərəkəti Qaydalarının 1.5, 10.1, 10.3-cü bəndlərini pozmuşdur, buna əsasən yol hərəkəti iştirakçıları elə hərəkət etməlidirlər ki, hərəkət üçün təhlükə yaradılmasın və zərər vurulmasın (15-ci bənd), sürücü nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan surətlə sürməli və bu zaman hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən də hərəkət istiqamətində görüntünü nəzərə almalıdır, sürət sürücüyə Qaydaların tələblərini yerinə yetirmək üçün nəqliyyat vasitəsinın hərəkətinə daimi nəzarət imkanını təmin etməlidir, sürücünün aşkar edə biləcəyi hərəkət üçün təhlükə yarandıqda, o nəqliyyat vasitəsini tam dayandıranadək sürəti azaltmaq üçün mümkün tədbirləri görməlidir (10.1-cı bənd), yaşayış məntəqələrindən kənarda başqa avtobusların, qoşqunu yedəkləmə üçun minik avtomobillərin, 3.5 tondan artıq olmayan icazə verilmiş kütləsi olan yük avtomobillərinin avtomagistrallarda 90 km/s-dan çox olmayan, qalan yollarda - 70 km/s-dan artıq olmayan (10.3-cü bənd) hərəkətə icazə verilir, yəni yol şəraitini, xüsusilə də hərəkət istiqamətində görüntünü nəzərə almadan, təxminən 75 km/s sürəti ilə hərəkət edirdi ki, bu da yaşayış sahələrindən kənarda icazə verilmiş 70 km/s-dan artıq olmayan sürətdən çoxdur, və nəqliyyat vasitəsinin hərəkətinə daimi nəzarət etmək imkanını təmin etmirdi. Həştərxan vilayəti Nərimanov rayonunun inzibati ərazisində "Həştərxan-Koçubey-Kizlyar- Mahaçqala" P-215 avtomobil yolunun 12 km + 5520 m-də RF YHQ kobud pozuntusu va etinasızlığında ifadə olunan göstərdiyi laqeydlik nəticəsində, öz hərəkət zolağında, işıqforda dayanan avtomobilləri vaxtında aşkar etmədi və idarə etdiyi avtomobilin ön hissəsinin Q.A.Kuznetsovun idarə etdiyi, X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobilinin arxa hissəsinə çırpılmasına yol verdi. Daha sonra, X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobili, çırpılmadan sonra, inersiya ilə önə tərəf hərəkət edərək, T.K.Kabidollinin idarə etdiyi, 37PS-034 ARM dövlət qeydiyyat nişanlı "HYUNDAİ ELANTRA" avtomobilinə çırpılmışdır. Sürücü Cavabdeh1 cinayətkar laqeydliyinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobilinin sərnişini- M.Q.Kuznetsovaya həyatı üçün təhlükəli olan, sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilən bədən xəsarətləri- 3-cü, 5-ci, 6-cı döş fəqərəsi cisminin qapalı kompression sınıqları, habelə sol belaltı nahiyənin, sol aldarağın 4-cü barmağının hematoması, ənsə nahiyəsinin göyərməsı növündə sağlamlığına ağır zərər vurulmuşdur. Həştərxan vilayəti Nərimanov rayon məhkəməsinin 29 may 2023-cü il tarixli hökmu ilə Cavabdeh1 RF CM-nin 264-cü maddəsi ilə 1 h. İlə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona RF CM 47 m. 3h. əsasən 1 il ərzində nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 100 000 (yüz min) rubl miqdarında cərimə növündə cəza təyin edilməsi, RF CM 47 m. 4 h. uyğun olaraq nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, Cavabdeh1 barəsində heç yerə getməmə və lazımi davranış haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişikliksiz saxlanılması, Cavabdeh1 X2 xeyrinə mənəvi zərəri ödəmək üçün 500 000 (beş yüz min) rublun tutulması, iddianın qalan hissəsini təmin edilməsində imtina edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra əşya dəlilləri: Q.A.Kuznetsovda saxlanan X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobilin üzərindən- bu cinayət işinin baxılması ilə bağlı məhdudiyyətlərin götürülməsi hökm edilmişdir. Hökmdən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş və hökmün ləğv edilməsi xahiş etmişdir. Həştərxan Vilayətinin apellyasiya instansiyası məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə Həştərxan vilayəti Nərimanov rayon məhkəməsinin Cavabdeh1 barəsində 29 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, cinayətin törədildiyi il 2023-ün əvəzinə 2022-in düzgün hesab edilməsi, qalan hissədə hökm dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki iş üzrə digər cavabdehlərə münasibətdə Cavabdeh2 nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuş Cavabdeh3 tərəfindən göndəriş vərəqəsi verildiyindən və digər cavabdehlər onunla birlikdə birgə məsuliyyət daşıyır. İddia ərizəsinə əlavə olunmuş avtonəqliyyat vasitəsinin zədələnməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququ həll edilən zaman X921BX102 dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ L200” markalı avtonəqliyyat vasitəsinin müstəqil texniki müayinəsinə dair 01648 saylı ekspert rəyinə əsasən qəza nəticəsində zədələnmiş avtomobilin bərpasına görə kompensasiya yuvarlaqlaşdırma nəzərə alınmaqla 21 sentyabr 2022-ci il tarixinə ******* (bir milyon dörd yüz otuz yeddi min səkkiz yüz) rubl təşkil edir. İddia ərizəsinə əlavə olunmuş 18 oktyabr 2023-cü il tarixli 1 nömrəli arayışa əsasən X921BX102 dövlət qeydiyyat nişanlı MİTSUBİSHİ L200 markalı qəza nəticəsində zədələnmiş avtonəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və balansında olduğu öz əksini tapmışdır. Cavabdeh1 tərəfindən cinayət nəticəsində X921BX102 dövlət qeydiyyat nişanlı "MİTSUBİSHİ L200" markalı avtonəqliyyat vasitəsinə vurulmuş 31500 (otuz bir min beş yüz) manat, 200 (iki yüz) manat nümayəndəyə, vəkilə və (iki yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh1 nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirdi,atası avtomobili etibarnamə əsasında idarə edib və hadisədən sonra avtomobilin mülkiyyətçisi Cavabdeh2 avtomobili qaytarıb. Tələb edilən məbləğ ilə razı deyillər. Məhkəmədə iştirak edən zaman cavabdeh "xxxx" MMC-nin nümayəndəsi vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirdi, iddiaçının iddiası cavabdeh "Goodroad Transport” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə əsassızdır və o təmin edilə bilməz. Sürücü Cavabdeh1 ilə "Goodroad Transport” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar müqavilə olmamışdır. Həmçinin Cavabdeh1 idarə etdiyi **-ZY-*** dövlət qeydiyyat nişanlı “SCHMTZ SKO 24” yarımqoşqusu olan **-LY-*** dövlət qeydiyyat nişanlı “Volvo FHA3C” yük maşınına "Goodroad Transport” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik hüququ olmamışdır. İddiaçı“Mühəndis-Texnologiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddiasının cavabdeh "Goodroad Transport” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hissəsində əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdi, avtomobili Cavabdeh1 vermişdir. "xxxx" MMC ilə müqavilə bağlamış və avtomobil verməmişlər.İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəmədə iştirak edən zaman iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 nümayəndəsi X4, "xxxx" MMC-nin nümayəndəsi vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh2 verdiklər izahatlarına nəzər alaraq, iş materiallarında olan sənədləri və ekspert rəyini tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Həştərxan vilayəti Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmün təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 RF CM 264 m. 1 h. ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona RF CM 47 maddəsinin 3 hissəsinə əsasən, 1 il ərzində nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququ məhrum edilməklə 100 000 (yüz min) rubl miqdarında cərimə növündə cəza təyin edilmiş, RF CM 47 maddəsinin 4 hissəsinə uyğun olaraq, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, Cavabdeh1 barəsində heç yerə getməmə və lazımi davranış haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişikliksiz saxlanılması, Cavabdeh1 X2 xeyrinə mənəvi zərəri ödəmək üçün 500 000 (beş yüz) rubl tutulması, iddianın qalan hissəsini təmin edilməsində imtina edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra əşya dəlilləri: Q.A. Kuznetsovda saxlanan X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobilin üzərindən bu cinayət işinin baxılması ilə bağlı məhdudiyyətlərin götürülməsi hökm edilmişdir. İş materiallarında olan Həştərxan vilayət Məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, Həştərxan vilayəti Nərimanov rayon məhkəməsinin Cavabdeh1 barəsində 29 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi: cinayətin törədildiyi il 2023 əvəzinə 2022 düzgün hesab edilməsi, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin isə təmin edilməməsi qərara alınmışdır. İş materialına əlavə edilmiş nəqliyyat vasitəsinə 1 saylı baxış aktından görünür ki, xx.xx.2022-cü il tarixdə “X927BX 102” rus dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ L200” markalı avtomobilə baxış keçirilmiş və nəzərdən keçirilən hadisəyə aid olan zədələr qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5182 saylı ekspert rəyindən görünür ki, X6 tərəfindən, xx.xx.2023-cü il tarixli təqdim etdiyi aktda həmin avtomobilin tam məhv olunması nəzərə alınaraq 2014-cü il buraxılışlı "Mitsubishi L200" markalı, “X921BX102” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri təxminən 30000 (otuz min) manat müəyyən edilir. İş materialında olan "xxxx" MMC-nin balansında avtonəqliyyat vasitəsinin olması barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 06 avqust 2018-ci il tarixindən indiyədək nəqliyyat vasitəsi- “MİTSUBİSHİ L200” markalı avtomobil, “X927BX 102” rus dövlət qeydiyyat nişanlı, “VİN MMMCJYKB40FDZ1623” "xxxx" inventar nömrəsi "xxxx" MMC-yə məxsusdur və təyinatla müəssisənin balansındadır. İş materiallarında olan C01368444 seriya və nömrəli pasportun surətindən görünür ki, Cavabdeh1 xx.xx.1968-ci il tarixdə anadan olmuş, pasportun son etibarlılıq tarixi xx.xx.2027-ci ilə tarixədəkdir. İş materiallarında olan BC462791 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 xx.xx.2032-ci il tarixədək B1, B, C1, C, BE, C1E, CE kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, Vəkil1 xx.xx.2023-cü il tarixli 586 saylı müqavilə əsasında "xxxx" MMC-nə hüquqi yardım göstərir. İş materiallarında olan 02AA6269478 seriya və nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X1 müvafiq etibarnamədə göstərilən hüquqların həyata keçirilməsini 03 (üç) il müddətinə Vəkil1 etibar etmişdir. İş materiallarında olan 023 nömrəli xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin sədri X3 etibarnamədə göstərilən hüquqların həyata keçirilməsini 03 (üç) il müddətinə Vəkil2 etibar etmişdir. İş materiallarında olan ******* nömrəli xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, Vəkil2 cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə "xxxx" MMC-nə hüquqi yardım göstərir. İş materiallarında olan AR-İİİ seriyalı 231797 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 müvafiq etibarnamədə göstərilən hüquqların həyata keçirilməsini 10 (on) il müddətinə X5 etibar etmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən məlum olur ki, Vəkil1 iddia ərizəsi ilə müraciət edilməsi üçün 185 (yüz səksən beş) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 mülkiyyətçisi olduğu “99ZY101” dövlət qeydiyyat nişanlı “Schmtz Sko 24" yarımqoşqusu olan “99LY101” dövlət qeydiyyat nişanlı texniki saz “Volvo FHA3C” avtomobilini idarə edərək Cavabdeh1 “Mühəndis - Texnologiya Mərkəzi" MMC-yə məxsus və həmin müəssisənin balansında olan “Mıtsubıshı L200” markalı “X927BX 102” dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində 30000 (otuz min) manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Qeyd edilən hallar iş materialında olan Rusiya Federasiyası Həştərxan vilayəti Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü, xx.xx.2023-cü il tarixli 01648 saylı və xx.xx.2024-cü il tarixli 9/5182 saylı ekspert rəylərində də öz əksini tapmışdır. Məhkəmədə iddiaçı tərəf iddialarının "Goodroad Transport” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan hissəsini sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Məhkəmədə Cavabdeh2 mülkiyyətçisi olduğu “99ZY101” dövlət qeydiyyat nişanlı “Schmtz Sko 24" yarımqoşqusu olan “99LY101” dövlət qeydiyyat nişanlı “Volvo FHA3C” avtomobili etibarnamə əsasında Cavabdeh1 verdiyini bildirsə də, o barədə sənədi məhkəməyə təqdim etmədi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilənlərə və işdə olan materiallara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, dəymiş zərərə görə 30000 (otuz min) manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 185 (yüz səksən beş) manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. İddia tələbi qalan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 185 (yüz səksən beş) manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, dəymiş zərərə görə 30000 (otuz min) manat məbləğində pul, dövlət rüsumu üçün ödənilmiş 185 (yüz səksən beş) manat və hüquqi yardıma görə ödənilmiş 185 (yüz səksən beş) manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar