Məhkəmə qərarları › İş №2(018)-289/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-289/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-289/2023 02.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X2 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə dair» iddia verərək, Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında 27 may 2022 -ci il tarixli, 346369-CNS-35604 saylı “Nağd pul kredit müqaviləsi”-nə əsasən 02 dekabr 2022-ci il tarixinə Banka borclu olduğu 3000 (üç min) manat məbləğində əsas borc, 439 (dörd yüz otuz doqquz) manat, 83 (səksən üç) qəpik faiz borcu, 291 (iki yüz doxsan bir) manat, 60 (altmış) qəpik cərimə borcu olmaqla, ümumilikdə 3731 (üç min yeddi yüz otuz bir) manat, 43 (qırx üç) qəpik pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 57 (əlli yeddi) manat, 31 (otuz bir) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 346369-CNS-35604 saylı, 27 may 2022 -ci il tarixli “Nağd pul krediti müqaviləsi” bağlanmış və 36 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 3000 (üç min) manat əsas məbləğ üzrə, 439 (dörd yüz otuz doqquz) manat, 83 (səksən üç) qəpik faiz üzrə, 291 (iki yüz doxsan bir) manat, 60 (altmış) qəpik cərimə borcu olmaqla, cəmi 3731 (üç min yeddi yüz otuz bir) manat, 43 (qırx üç) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 57 (əlli yeddi) manat, 31 (otuz bir) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. Mülki işə əlavə edilmiş 27 may 2022 -ci il tarixli 346369-CNS-35604 saylı “Nağd pul krediti müqaviləsi”-ndən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş arayışından görünür ki, Cavabdeh 346369-CNS-35604 saylı kredit müqaviləsi üzrə 02 dekabr 2022-ci il tarixinə 3000 (üç min) manat əsas məbləğ üzrə, 439 (dörd yüz otuz doqquz) manat, 83 (səksən üç) qəpik faiz üzrə, 291 (iki yüz doxsan bir) manat, 60 (altmış) qəpik cərimə borcu olmaqla, cəmi 3731 (üç min yeddi yüz otuz bir) manat, 43 (qırx üç) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 21 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 27 may 2022 -ci il tarixli, 346369-CNS-35604 saylı Nağd pul krediti müqaviləsi üzrə borcu olduğu barədə İddiaçı ASC tərəfindən bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 27 may 2022 -ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 291 (iki yüz doxsan bir) manat, 60 (altmış) qəpik məbləğində dəbbə pulu azaldılaraq 15 (on beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 57 (əlli yeddi) manat, 31 (otuz bir) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik məbləğində xidmət haqqının onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 may 2022 -ci il tarixli, 346369-CNS-35604 saylı Nağd pul kredit müqaviləsi üzrə 3000 (üç min) manat əsas borc, 439 (dörd yüz otuz doqquz) manat 83 (səksən üç) qəpik faiz borcu, 15 (on beş) manat cərimə borcu, cəmi 3454 (üç min dörd yüz əlli dörs) manat 83 (səksən üç) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat 31 (otuz bir) qəpik və xidmət haqqı üçün ödənilmiş 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar