Məhkəmə qərarları › İş №2(018)-29/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-29/2023

09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-29/2023 09.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyannın tələbi barədə” ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulan ziyana görə 2000 manat” pul tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyannın tələbi barədə” iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh maddi ziyana görə 1680 (bir min altı yüz səksən) manat, 37 (otuz yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulan ziyana görə 2000 manat” pul tələbinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı oanvurduğu ziyana görə 2000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, “Mersedes 190” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 22 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində “Mersedes 190” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara rayonu Təngərüd kəndində yol ilə hərəkətdə olan zaman, ona məxsus olan 01 baş inəyi Cavabdeh yola sahibsiz buraxmış və nəticədə idarə etdiyi “Mersedes 190” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin inəyi vurmuşdur. Nəticədə “Mersedes 190” minik markalı, **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1680 (bir min altı yüz səksən) manat ziyan dəymişdir. Astara Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən inzibati qaydada tənbeh edilmişdir. Cavabdeh ona dəymiş ziyanla bağlı heç bir maddi köməklik göstərməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıya dəymiş ziyanın məbləği şişirdilmişdir. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia isə əsassız olmasına görə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarından məlum olur ki, Cavabdeh 22 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində Astara rayonu Təngərüd kəndində yola 01 baş inəyi sahibsiz buraxmış və nəticədə İddiaçı idarə etdiyi “Mersedes 190” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin inəyi vurmuşdur. Buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsinə əsasən inzibati qaydada tənbeh edilmişdir. Mülki işinin materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 9/8094 saylı rəyində qeyd olunur ki, Astara rayonu 6 saylı ATXB tərəfindən tərtib edilmiş Aktdakı məlumatlara əsasənavtohissələrin qiymətləri nəzərə alınmaqla, “Mersedes 190” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 1680 (bir min altı yüz səksən) manat müəyyən edilir. Mülki işinin materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən, “Astara rayonu 6 saylı ATXB tərəfindən tərtib edilmiş Aktdan məlum olur ki, “Mersedes 190” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 1680 (bir min altı yüz səksən) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh Astara rayonu Təngərüd kəndində yola 01 baş inəyi sahibsiz buraxması nəticəsində İddiaçı avtomobilinə 1680 (bir min altı yüz səksən) manat ziyan dəymişdir. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci və nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 (səksən) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Şühbəsiz ki, Cavabdeh 01 baş inəyinin ölməsinə səbəb sonuncunun onu Təngərüd kəndindəki yoluna sahibsiz buraxması olmuşdur.Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin iddia təmin edilməli, qarşılıqlı iddia isə əsassız olmasına görə rədd edilməlidir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 37 (otuz yeddi) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyannın tələbi barədə” iddiası təmin edilsin. Cavabdeh 1680 (bir min altı yüz səksən) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 37 (otuz yeddi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia tələbi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar