Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-290/2023 02.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X2 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə dair» iddia verərək, Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında 10 dekabr 2021-ci il tarixli, 336982-CNS-29911 saylı “Nağd pul kredit müqaviləsi”-nə əsasən 15 dekabr 2022-ci il tarixinə Banka borclu olduğu 1616 (min altı yüz on altı) manat, 47 (qırx yeddi) qəpik məbləğində əsas borc, 151 (yüz əlli bir) manat, 44 (qırx dörd) qəpik faiz borcu, 80 (səksən manat) manat 10 (on) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1848 (min səkkiz yüz qırx səkkiz) manat, 01 (bir) qəpik pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 38 (otuz səkkiz) manat, 48 (qırx səkkiz) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 336982-CNS-29911 saylı, 10 dekabr 2021 -ci il tarixli “Nağd pul krediti müqaviləsi” bağlanmış və 60 ay müddətinə illik 21,9% ödəmək şərtilə 1735 (min yeddi yüz otuz beş) manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 1616 (min altı yüz on altı) manat, 47 (qırx yeddi) qəpik əsas məbləğ üzrə, 151 (yüz əlli bir) manat, 44 (qırx dörd) qəpik faiz üzrə, 80 (səksən manat) manat 10 (on) qəpik cərimə borcu olmaqla, cəmi 1848 (min səkkiz yüz qırx səkkiz) manat, 01 (bir) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 38 (otuz səkkiz) manat, 48 (qırx səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 10 dekabr 2021 -ci il tarixli 336982-CNS-29911 saylı “Nağd pul krediti müqaviləsi”-ndən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 21,9% ödəmək şərtilə 1735 (min yeddi yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş arayışından görünür ki, Cavabdeh 336982-CNS-29911 saylı kredit müqaviləsi üzrə 15 dekabr 2022-ci il tarixinə 1616 (min altı yüz on altı) manat, 47 (qırx yeddi) qəpik əsas məbləğ üzrə, 151 (yüz əlli bir) manat, 44 (qırx dörd) qəpik faiz üzrə, 80 (səksən manat) manat 10 (on) qəpik cərimə borcu olmaqla, cəmi 1848 (min səkkiz yüz qırx səkkiz) manat, 01 (bir) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 10 dekabr 2021 -ci il tarixli, 336982-CNS-29911 saylı Nağd pul krediti müqaviləsi üzrə borcu olduğu barədə İddiaçı ASC tərəfindən bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 10 dekabr 2021 -ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 80 (səksən manat) manat 10 (on) qəpik məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38 (otuz səkkiz) manat, 48 (qırx səkkiz) qəpik dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 dekabr 2021 -ci il tarixli, 336982-CNS-29911 saylı Nağd pul kredit müqaviləsi üzrə 1616 (min altı yüz on altı) manat 47 (qırx yeddi) qəpik əsas borc, 151 (yüz əlli bir) manat 44 (qırx dörd) qəpik faiz borcu, 10 (on) manat cərimə borcu, cəmi 1778 (min yeddi yüz yetmiş səkkiz) manat borc və dövlət rüsumu üçün ödənilmiş 38 (otuz səkkiz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-290/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-290/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver