Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-291/2023 19.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 1200 (bir min iki yüz) manat maddi ziyanı və ödənilmiş 32 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Çayoba kəndinə yaşayır və mülkiyyətində Mersedes- Bens markalı, ** SA *** dövlət nömrə nişanlı minik avtomobili vardır. 19 noyabr 2022- ci il tarixdə idarə etdiyi avtomasinla yolda Astara rayonu Pensər kəndi ərazisində hərəkətdə olduğu zaman Astara rayonu Pensər kənd sakini Cavabdeh məxsus,asfalt örtüklü yolda nəzərətsiz qoyulmuş 01 baş iribuynuzlu heyvana dəymiş va nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Hadisə yerinə gəlmiş DYP əməkdaşları hadisəni qeyda almış va heyvan sahibi Cavabdeh Naci oğlu barəsinda Azərbaycan Respublikası İXM- nin 338.7-ci maddəsi ilə inzibati is baslanmiş və Astara rayon Məhkəməsi onu 06 dekabr 2022-ci il tarixdə 80 (səksən) manat cərimə etmişdir. Cavabdeh məhkəmə iclasi zamani təqsirini boynuna almiş, sahibliyindəolan iribuynuzlu heyvanin ona məxsus olmasini və həmin heyvani nəzarətsiz saxiadiğini etiraf etmişdir,lakin o, avtomaşına vurduğu maddi ziyanı ödəməkdən imtina edir. Maşina mütəxəssis tərəfindən baxış kecirilmiş və avtomasina vurulmuş maddi ziyan müəyyən edilmişdir. Belə ki avtomasina aşağıdaki miqdarda maddi ziyan vurulmuşdur: 1. Bufer qabaq -450 manat. 2. Fara 1 ədəd - 130 manat. 3 kapot 140 manat, 4. Setka -80 manat.5. Dəmir isi - 150 manat.6. Rəng işi - 250 manat.Cəmi vurulmuş ziyanın miqdari 1200 manat təskil edir.Cavabdeh Naci oğlu törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində Aqil Əliyeva 1200 manat maddi ziyan vurmuş lakin o, həmin ziyani ödəmək istəmir. Dəfələrlə ona xəbər göndərilməsinə baxmayaraq o, həmin xəbərdarlıqlardan heç bir nəticə çixarmamişdir.Astara rayonu Pensər kənd sakini Cavabdeh Naci oğlundan X1 vürdüğu 1200 (bir min iki yüz) manat maddi ziyani və ödənilmiş 32 manat dövlət rüsumunun tutulmasi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 80 manat cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2783 nömrəli rəyindən görünür ki, iş materiallarında olan “Lənkəran Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mersedes- Benz 230” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1030,0 manat müəyyən edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1998-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu Çayoba kəndində yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, 19 noyabr 2022- ci il tarixdə idarə etdiyi avtomasinla yolda Astara rayonu Pensər kəndi ərazisində hərəkətdə olduğu zaman Astara rayonu Pensər kənd sakini Cavabdeh məxsus, asfalt örtüklü yolda nəzərətsiz qoyulmuş 01 baş iribuynuzlu heyvana dəymiş va nəticədə onun avtomobilinə 1030,0 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 1030 (min otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 32 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1030 (min otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-291/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-291/2023
19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver