Məhkəmə qərarları › İş №2(018)-294/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-294/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-294/2024 15.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı və cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Məhkəməsinin 24 febral 2016-cı il tarixli, 2(018)-52/2016 saylı qətnaməsi ilə qət edilmiş 90 (doxsan) manat alimentin miqdarının artıraraq, 200 (iki yüz) manat müəyyən edəsiniz və mediasiya şurası üçün ödədiyi 50 (əlli) manat rüsumun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 2(018)–52/2016 saylı qətnaməsi ilə 22 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 90 (doxsan) manat alimentin tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı bu günkii gün üçün həddindən artıq azdır və bu məbləğdə alimentlə uşaqları saxlaya bilmir. Çünki aliment müəyyən edilən vaxt həmin dövrün qiymətlərinə uyğun müəyyən olunmuşdur. Artıq həmin vaxtdan yeddi il keçir və bu müddət ərzində infılasiya dahada artmış və hər şeyin qiyməti bahalaşmışdır.Təmsil etdiyim şəxsin uşağı azyaşlı olduğu üçün heç yerdə işləyə bilmir. O, uşağını daim özü təkbaşına saxlamalı olur. Uşağın atası ayrı - ayrı yerlərdə işləyir və uşağına aliment vermək iqtidarındadır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2024-cü ildə uşaqların saxlanılması üçün minimum məbləğ 235 manatdır. Ona görədə təmsil etdiyim şəxs uşağın saxlanması üçiin alimentin miqdarının 200 (iki yüz) manat müəyyən olunmasını istəyir. Astara rayon Məhkəməsinin 24 febral 2016-cı il tarixli, 2(018)-52/2016 saylı qətnaməsi ilə qət edilmiş 90 (doxsan) manat alimentin miqdarının artıraraq, 200 (iki yüz) manat müəyyən edəsiniz və mediasiya şurası üçün ödədiyi 50 (əlli) manat rüsumun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh X5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi Vəkil dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2(018)-52/2016 saylı qətnaməsinə əsasən İddiaçı Əliqəmər qızının cavabdeh X8 ilə birgə nikahlarından doğulmuş 22 sentyabr 2013-cü il təvəllüdlü X4 adında uşaq İddiaçı Əliqəmər qızının himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək saxlanması üçün 23 oktyabr 2015-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu il tarixdə Astara rayonu,Kijəbə qəsəbəsində anadan olub. İş materiallarında olan Astara RİHB-nin Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu,Kijəbə qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-52/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X2 hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli və cavabdeh X2 mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-52/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X2 hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh X2 mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar