Məhkəmə qərarları › İş №2(018)-302/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-302/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-302/2023 27.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı arşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iyun 2022-ci il tarixli, **********06464 saylı kredit müqaviləsi üzrə 3090 (üç min doxsan) manat əsas borc, 909,05 (doqquz yüz doqquz manat beş qəpik) manat faiz borcu, 196,27 (yüz doxsan altı manat, iyirmi yeddi qəpik) cəmi 4195,32 (dörd min yüz doxsan beş manat otuz iki qəpik) manat pulun və 61,96 manat dövlət rüsumunun alınıb «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatın ilə Cavabdeh1 arasında 10 iyun 2022-ci il tarixli, **********06464 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 24 ay müddətinə, illik 28 faiz olmaqla 3300 (üç min üç yüz) manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10 iyun 2022-ci il tarixli, **********06***- ******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də 10 iyun 2022-ci il tarixli, **********06464 saylı kredit müqaviləsi üzrə 3090 (üç min doxsan) manat əsas borc, 909,05 (doqquz yüz doqquz manat beş qəpik) manat faiz borcu, 196,27 (yüz doxsan altı manat, iyirmi yeddi qəpik) cəmi 4195,32 (dörd min yüz doxsan beş manat otuz iki qəpik) manat pulun və 61,96 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. 1.«Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2022-cu il tarixli **********06464 saylı kredit müqaviləsi üzrə 3300 manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin Cavabdeh1 verilmişdir.

2. 10 iyun 2022-ci il tarixli, **********06***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, **********06464 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və üzərinə məsuliyyət götürmüşdür. 3.«Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nun banka 10 iyun 2022-ci il tarixli, **********06464 saylı kredit müqaviləsi üzrə 3090 (üç min doxsan) manat əsas borc, 909,05 (doqquz yüz doqquz manat beş qəpik) manat faiz borcu, 196,27 (yüz doxsan altı manat, iyirmi yeddi qəpik), cəmi 4195,32 (dörd min yüz doxsan beş manat otuz iki qəpik) manat pul borcu vardır.

4. Ödəniş tapşırığından görünür ki, iddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 61,96 (altmış bir manat, doxsan altı qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 196,27 manat cərimə borcu azaldılaraq 20 manat həddində müəyyən edilməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 61,96 (altmış bir manat, doxsan altı qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iyun 2019-cu il tarixli, **********06464 saylı kredit müqaviləsi üzrə 3090 (üç min doxsan) manat əsas borc, 909,05 (doqquz yüz doqquz manat beş qəpik) manat faiz borcu, 20 (iyirmi) manat, cəmi 4019,05 (dörd min on doqquz manat beş qəpik) manat pulun və 61,96 (altmış bir manat, doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatına ödənilsin.

2. İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar