Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-303/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində əsas borcun və 49 (qırx doqquz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşu kənddə yaşayır, münasibətləri yaxşı olmuşdur. Həm o, həm də Cavabdeh çəltik əkib becərməklə məşğul olurlar. Cavabdeh ondan kiloqramı 2 (iki) manatdan 900 (doqquz yüz) kiloqram borc alaraq toxumluq çəltik almışdır. Vəd vermişdir ki, yaxın müddətdə çəltiyin dəyərini, 1800 manatı ödəyəcəkdir. Lakin, cavabdeh verdiyi vədə əməl etməmiş, bəhanələrlə bu günə kimi borc aldığı çəltiyin pulunun ödənilməsindən yayınmışdır. Cavabdeh borc olaraq 900 kiloqram toxumluq çəltik aldığını və bu günə kimi pulunu qaytarmadığını şahidləri Astara rayon Səncərədi kəndində yaşayan Şahid1 və Şahid2 təsdiq edə bilərlər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini, iddia ərizəsində göstərdiklərini təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Lakin, Cavabdeh 27 dekabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 46 yaşı var, ailəlidir və 6 övlad atasıdır. Həyat yoldaşı uzun sürən xəstəlikdən sonra bir neçə il bundan əvvəl dünyasını dəyişdiyi üçün ailənin bütün problemləri onun üzərinə düşüb, rəsmən heç bir yerdə işləmədiyi üçün ailənin problemlərini həll etmək məqsədi ilə təsərrüfatla məşğul olmağı qərara almışdır. Bu baxımdan 2019-cu ildə yaşadığı Astara rayonu Artupa və qonşu Səncərədi kəndlərində həmkəndlilarinə məxsus, lakin istifadə olunmayan Pay bəlli torpaq sahələrini müqqavilə ilə icarəyə götürüb orada çəltik əkməyi planlaşdırmışdır. Ümumilikdə təqribən 6 hektar torpaq sahəsini icarəyə götürüb texnikanın köməyi ilə ərazini şumlatdırıb çəltik əkini üçün yararlı hala salmışdır. Çəltik əkilən sahə şumlatdırıldıqdan sonra çox ağır əl əməyinin sayəsində əkinə və suvarılmağa hazır vəziyyətə gətirilməlidir. Bundan əlavə o əvvəlcədən toxum tədarükü üçün əvvəllər yaxşı münasibətdə olduğu Astara rayonu Səncərədi kənd sakini İddiaçı 1 kq 2 (iki) manatdan 900 kq toxumluq çəltik almağı şifahi olaraq razılaşdırmışdır. Aldığı çəltiyə görə 1800 manatı məhsul əldə etdikdən sonra X1 ödəməyi şifahi olaraq qərarlaşdırmışdır. O da öz növbəsində toxumluq çəltiyinin bol məhsul verəcəyinə onu əmin etmişdir. O sözü gedən 6.0 hektar torpaq sahəsində günəmuzd çalışan həmkəndlilərinin əməyi sayəsində çəltik əkinini uğurla başa vurmuşdur. Sonrakı aylarda əkilən çəltik sahəsinin inkişafı üçün əlindən gələni etsə də ərazidə otdan başqa heçnə çıxmamışdır. Bu sahəni mükəmməl bilən mütəxəssislərlə apardığı arayışlardan sonra məlum olmuşdur ki, toxum üçün aldığı 900 kq çəltik xüsusi sobalarda (suşilkada) qurudulduğu üçün əkinə yararlı deyilmiş. Bu toxumdan yalnız məişətdə qida kimi (düyü) istifadə etmək olar. Ona görə də onun həmin zamana qədər bu məhsuldan gəlir əldə etmək kimi bütün planları məhv olmuş və ona 8000 (səkkiz min) manata qədər maddi ziyan dəymişdir. O başına gətirilən bu uğursuz əkinçilik əməliyyatı barədə İddiaçı ilə söhbət edib dəyən ziyan bardə məlumat vermişdir və ondan niyə süni şəkildə sobada qurudulmuş çəltyi toxumluq adı ilə ona satdığını soruşmuş, İddiaçı buna etriaz edəndə isə ondan toxumluq çəltik üçün aidiyyəti dövlət qurumu tərəfindən onun adına verilməli olan Sertifikati tələb etmiş va yalnız o halda aldığı toxumluq çəltiyə görə ona 1800 manat borcu ödəcəyini bildirmişdir. Yaşadığı Artupa və Səncərədi kəndlərində təsərrüfatla məşğul olan həmkəndliləri də başına gətirilən bu uğursuzluğun şahidi olmuşlar. Hətta borca görə məhkəməyə müraciət edən X2 iddia ərizəsində göstərdiyi şahidlər (dostları) də onun haqsız olduğunu bilə-bilə sonradan borca görə onun ailə üzvlərinə təzyiq göstərməkdə davam ediblər. Hansı ki, o bu günə qədər fəhləlik etməklə icarəyə götürdüyü torpaq sahələrinə görə həmkəndlilərinə qabaqcadan nəzərdə tutduğu qaydada icarə haqqını ödəməkdə davam edir. Bu günə qədər bunun yalnız 60-70 %-ni ödəməyə müvəffəq olmuşdur. Məhz yuxarıda qeyd etdiyi bu və digər səbəblərdən İddiaçı iddiasını əsassız hesab etməklə bərabər ona etiraz edir. Çünki onun həmyerli və uzun müddətli tanışlığını nəzərə alıb təzminat üçün məhkəməyə müraciət etmədiyi halda, təəssüf ki, o borca görə bunu edir. Bütün bunlara baxmayaraq o ədalətin qalib gələcəyinə inanaraq yuxarıda qeyd etdiklərini doğru dəyərləndirib obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, İddiaçı cavabdehə verdiyi çəltiyi maşına özü yükləmişdir. Təxmini hər birində 41-42 kq olmaqla 21-22 kisə çəltik olmuşdur. Cavabdeh pulu bir müddət sonra ödəyəcəyini öhdəsinə götürmüş, ödəməmişdir. Məhkəmə iddiaçının və şahidin izahatlarını dinləyərək, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Astara rayonu Səncərədi kəndində anadan olmaqla həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş yaşayış yeri barədə Astara rayon İHB-nin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 noyabr 2024-cü il tarixli 1476 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Səncərədi kəndində yaşayır. İş materiallarına əlavə edilmiş 26 noyabr 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 49 manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə görə Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 581-ci maddəsinə görə Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin, şahidlərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı kiloqramı 2 (iki) manatdan razılaşdırılmaqla 900 (doqquz yüz) kiloqram çəltiyi Cavabdeh vermişdir. Cavabdeh isə qarşılığında 1800 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödəməli olduğu 1800 manat məbləğində pulu ödəməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iddianın predmetini nisyə alqı-satqı müqaviləsinin icrasından irəli gələn münasibətlər, qanuni əsasını nisyə alqı-satqı müqaviləsinə tətbiq edilməli olan normalar təşkil edir. Hazırki mübahisədə, iddiaçı tərəfindən cavabdehə 2 manatdan razılaşdırılmaqla 900 kiloqram çəltiyin verilməsi, 1800 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməli olması, lakin ödənilmədiyi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində cavabdeh iddiaçıdan 2 manatdan razılaşdırılmaqla 900 kiloqram çəltiyi aldığını və qarşılığında 1800 manat məbləğində pulu ödəməli olduğunu, lakin ödəmədiyini etiraf etmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia əsaslıdır, 1800 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, cavabdehin etirazının əsası kimi qeyd etdiyi çəltiyin yararsız olması, iddiaçıdan alıb əkdiyi çəltiyə görə pulun ödənilməsi üçün iddiaçıdan sertifikat tələb etməsi, ona maddi ziyan dəyməsi hallarına münasibətdə isə qeyd edir ki, cavabdeh etirazının əsası kimi qeyd etdiyi faktları sübut edən sənədləri, şahidləri məhkəməyə təqdim etməmiş, yalnız sözlə ifadə etmiş, çəltik alarkən isə məhsulun yararlı olmasına dair sertifikatı əvvəlcədən tələb etməli imiş ki, bütün bunlar da, məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilməklə mülki məsuliyyətdən yaxa qurtarmağa cəhd kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh çəltiyin yarasızlığına, sertifikatı əvvəlcədən tələb etdiyinə, ona dəymiş ziyana dair sübutları məhkəməyə təqdim edə bilməmişdir, satıcı alıcıya razılaşdırılmış əşya, həmçinin əşyanı alıcıya verməklə bir vaxtda əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borclu olduğundan, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyə borclu olduğundan, iddiaçı tərəfindən üzərinə düşən öhdəliyin tam lazımi qaydada yerinə yetirilməklə müqaviləyə uyğun keyfiyyətli əşya verildiyi qəbul olunmalı, 1800 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə görə, İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-303/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-303/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver