Məhkəmə qərarları › İş №2(018)-311/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-311/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-311/2023 10.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh qarşı "xxxx" iddia verərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında 09 avqust 2021-ci il tarixli, 316769-CNS-25095 saylı “Nağd pul kredit müqaviləsi”-nə əsasən borclu olduğu 2323,93 (iki min üç yüz iyirmi üç manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 178,89 (yüz yetmiş səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 190,60 (yüz doxsan manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2693,42 (iki min altı yüz doxsan üç manat, qırx iki qəpik) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 46,93 (qırx altı manat, doxsan üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 316769-CNS-25095 saylı, 09 avqust 2021-ci il tarixli “krediti müqaviləsi” bağlanmış və 36 ay müddətinə illik 22% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 2323,93 (iki min üç yüz iyirmi üç manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 178,89 (yüz yetmiş səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 190,60 (yüz doxsan manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2693,42 (iki min altı yüz doxsan üç manat, qırx iki qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

1. 09 avqust 2021-ci il tarixli 316769-CNS-25095 saylı “pul krediti müqaviləsi”-ndən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh 316769-CNS-25095 saylı kredit müqaviləsi üzrə 09 avqust 2021-ci il tarixinə 2323,93 (iki min üç yüz iyirmi üç manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 178,89 (yüz yetmiş səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 190,60 (yüz doxsan manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2693,42 (iki min altı yüz doxsan üç manat, qırx iki qəpik) manat borcu vardır.

3. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 46,93 (qırx altı manat, doxsan üç qəpik) manat dövlət rüsumu ödənilmişdir

4. 06 oktyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 09 avqust 2021-ci il tarixli 316769-CNS-25095 saylı Nağd pul krediti müqaviləsi üzrə borcu olduğu barədə İddiaçı ASC tərəfindən bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 190,60 (yüz doxsan manat, altmış qəpik) manat məbləğində dəbbə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 46,93 (qırx altı manat, doxsan üç qəpik) manat xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 09 avqust 2021-ci il tarixli, 316769-CNS-25095 saylı kredit müqaviləsi üzrə 2323,93 (iki min üç yüz iyirmi üç manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 178,89 (yüz yetmiş səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 2522,82 (iki min beş yüz iyirmi iki manat, səksən iki qəpik) manat borc və 46,93 (qırx altı manat, doxsan üç qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar